Icma.az
close
up
RU
Yas mərasimləri ilə bağlı yeni xəbər: Bütün ölkəyə şamil olunacaq?

Yas mərasimləri ilə bağlı yeni xəbər: Bütün ölkəyə şamil olunacaq?

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Son dövrlər Azərbaycanın bir sıra rayon və bölgələrində yas mərasimlərində təmtəraqdan imtina edilməsi cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib. Dəbdəbəli ehsan süfrələrinin mərhələli şəkildə ləğv olunması, yasların daha sadə və dini prinsiplərə uyğun formada keçirilməsi bir tərəfdən mənəvi dəyərlərə qayıdış, digər tərəfdən isə ailələr üçün ağır maliyyə yükü yaradan israfçılığın azaldılması kimi dəyərləndirilir. Bu tendensiya ictimai rəydə ümumilikdə müsbət qarşılanır və sosial məsuliyyət baxımından mühüm addım hesab olunur.

Eyni zamanda bu yanaşmanın bütün ölkə üzrə tətbiq olunması məsələsi müxtəlif mövqelərin formalaşmasına səbəb olub. Bir qisim bunu milli adət-ənənələrə müdaxilə kimi qiymətləndirir, digərləri isə dəyişən sosial-iqtisadi reallıqlar fonunda belə bir transformasiyanın qaçılmaz olduğunu düşünür.

Maraqlıdır, yas mərasimlərində təmtərağın aradan qaldırılması ilə bağlı bu təcrübənin ölkə miqyasında tətbiqi nə dərəcədə realdır?

Məsələ ilə bağlı News24.az-a açıqlama verən deputat Ceyhun Məmmədov bildirib ki, bölgələrdə bu cür təşəbbüslərin həyata keçirilməsi son dərəcə vacibdir və cəmiyyət baxımından ciddi əhəmiyyət daşıyır:

"Yas mərasimlərində təmtəraq artıq yalnız maddi deyil, eyni zamanda sosial problem xarakteri alıb. Bu məsələdə cəmiyyətin daha həssas və məsuliyyətli mövqe ortaya qoyması vacibdir, çünki təmtəraqlı yas mərasimləri bir çox hallarda ailələr üçün ağır maliyyə yükünə çevrilir və bu da sosial gərginliyə səbəb olur. Mövzunun dinlə əlaqələndirilməsi düzgün yanaşma deyil. İslam dini təmtəraqlı yas mərasimlərini təşviq etmir və bu praktikanın dini baxımdan əsaslandırılması mümkün deyil. Dəbdəbəli yas mərasimləri daha çox tarixən formalaşmış və zamanla yanlış istiqamətdə inkişaf etmiş ənənənin nəticəsidir".

Deputat əlavə edib ki, bu prosesin aradan qaldırılması üçün təkcə inzibati mexanizmlər deyil, cəmiyyətin özü də fəal rol oynamalıdır:

"Yalnız qanunvericilik dəyişiklikləri və ya inzibati qadağalar kifayət etmir, əsas məsələ vətəndaşların bu dəyişikliklərə hazır olması və mərhələli şəkildə təmtəraqlı yas mərasimlərindən imtina etməsidir. Cəmiyyət bu məsuliyyəti dərk etdikcə və insanlar bir-birinə müsbət nümunə olduqca, yas mərasimlərinin daha sadə, mənəvi və dini dəyərlərə uyğun formada keçirilməsi ölkə miqyasında real və mümkün olacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Yanvar 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see203

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see196

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see195

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see174

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see166

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see166

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see162

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see158

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see142

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see140

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see139

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see134

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see133

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri