Icma.az
close
up
RU
3 gün yas, sadə süfrə... Naxçıvan modeli bütün ölkəyə yayılır

3 gün yas, sadə süfrə... Naxçıvan modeli bütün ölkəyə yayılır

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yas mərasimləri sadələşdirilir, dəbdəbə əvəzinə sadəlik və anlayış ön plana çıxır

İctimai və dövlət maraqlarının müdafiəsi 

Azərbaycan dövləti hər zaman vətəndaşların mənafe və maraqlarını üstün tutan siyasəti ilə seçilib. Bu, indi də belədir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin imzaladığı sərəncam və fərmanların mahiyyəti bunu təsdiq edir. İstər sosialyönümlü qərarlar olsun, istərsə daxili və xarici siyasətə hesablanan qərarlar, hər birində Azərbaycan vətəndaşının mənafeyinin və dövlət maraqlarının üstün tutulduğu görünür. 

Azərbaycan parlamentində də qəbul olunan qərarlar, müzakirəyə çıxarılan məsələlər də vətəndaşların mənafeyi baxımından faydalı olmaları ilə fərqlənir. Uzun müddətdir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi, həmçinin Regional məsələlər komitəsində dini ayinlər, ibadət yerləri, qəbiristanlıqlar, yas mərasimləri ilə bağlı geniş müzakirələr aparılıb. Ümumi rəy bundan ibarətdir ki, ölkədə qəbiristanlıqlarla bağlı vahid qaydalar tətbiq edilsin, qəbirüstü abidələr dəbdəbəli formada deyil, sadə şəkildə olsun, yas mərasimlərində dəbdəbə və israfçılığın qarşısı alınsın. Lakin millət vəkilləri, eyni zamanda xalqımızın əsrlərdən bugünədək qorunan adət-ənənələrinə qarşı çıxmağın düzgün olmayacağını da nəzərə alaraq maarifləndirməni önəmli sayır və məsələnin həllini sağlam düşüncəli əhalinin öhdəsinə buraxmağı lazım bilirlər. Son illərdə müsbət tendensiya bundan ibarətdir ki, əhali yas mərasimləri, eləcə də qəbirüstü abidələr məsələsində daha anlayışlı və təvazökar davranır. Ölkənin bir sıra regionlarında yerli əhali özü yas mərasimlərinin geniş və dəbdəbəli formada keçirilməsinə qarşıdır və bununla bağlı yerli səviyyədə ciddi qaydalar tətbiq edirlər. Naxçıvan Muxtar Respublikasında uzun illərdir ki, yas mərasimləri sadə şəkildə keçirilir. Yalnız 3 gün davam edən yas mərasimlərində masaya ancaq çay, qənd, limon qoyulur. Xörək ehsan edilməsi ümumiyyətlə, yığışdırılıb. Məzarlıqlarda da qəbirüstü abidələr, demək olar eyni formada düzəldilir. Bununla yerli əhali sosial bərabərliyi təmin etmiş olur. İsmayıllının Basqal kəndində də kənd əhalisi özü yekdil nəticəyə gələrək yas mərasimlərinin ancaq 3 gün müddətində olmasına və yas mərasimində xörək paylanmamasına qərar verib. Mərasim zamanı süfrəyə ancaq çay, qənd, limon, xurma qoyulmasına icazə verilir. Kim qaydanı pozaraq fərqli hərəkət edirsə, yerli camaat etiraz əlaməti olaraq o məclisi tərk edir. Rəhmətə getmiş şəxsin mənzilinə cümə axşamları toplaşmaq da yasaq edilib. Mərhumun 40 mərasimi isə yalnız qəbiristanlıq ziyarəti ilə yekunlaşır. 


Samux rayonu və kəndlərində də yas mərasimlərində ehsan verilməsinin ləğv edildiyi barədə məlumatlar var.  Deyilənə görə, yasda təkcə çay süfrəsinə icazə verilir. İddialara görə, əgər ehsan verilməsi aşkarlanırsa, vətəndaşlar cərimələnir. Modern.az məsələ ilə əlaqədar olaraq Samux rayonunun axundu İlham Məmmədovla əlaqə saxlayıb. O bildirib ki, yas mərasimləri ilə bağlı heç kəs məcbur edilmir, bu, dövlətin yox, ağsaqqalların qərarıdır: 

“Bu məsələlərdə heç bir məcburiyyət yoxdur. Hüzr mərasimi olan heç bir şəxs deyə bilməz ki, mən cərimələnmişəm. Bu, insanların könüllü olaraq təklif etdiyi məsələlərdir. Ağsaqqallar bir müddət idi, bu məsələlərin üzərində dayanmışdılar.Təklif edirdilər ki, ehsanlar sadələşdirilsin. Ağsaqqallar yığışdılar, məni də dəvət etmişdilər, birlikdə camaatla görüşdük. Qərar qəbul olundu ki, dəfn günü, eləcə də üç mərasimində ət yeməyi verilməsi dayandırılsın. Keçmiş adət-ənənələrimizə uyğun olaraq pendir, halva və çay süfrəsindən istifadə olunsun. Bu, ağsaqqalların qərarıdır. Hər hansı dövlət orqanları qərar qəbul etməyib. Ağsaqqallar da bu qərarlarının üzərində dayanırlar. Hətta məclislərə hüzrləri düşən şəxslərlə gedib söhbət edirlər. O cümlədən, bu məsələ insanlar tərəfindən çox müsbət qarşılanır. Çünki əzizi rəhmətə gedən insanlar istər-istəməz xeyli borcda qalırlar və əziyyət çəkirlər. Ona görə də dəfələrlə insanların təklif etdiyi məsələlər idi ki, ağsaqqallar bu qərarı veriblər. Bu gün kəndlərin, demək olar ki, əksəriyyətində bu qayda-qanunlara əməl olunur”. 

 Axund məsələnin dini tərəfindən də danışıb: “Mən də bir din adamı kimi deyə bilərəm ki, İslamda israfçılıq haramdır. Ehsan sözünün lüğəti mənası yaxşılıq etməkdir. Ehsan olan evdə istədiyimiz qədər yeyib, ev sahibini borc altında qoymaq deyil. Şəriət qanunları ilə götürəndə üç gün hüzrü düşən evdən tüstü çıxmamalıdır. Onlar ancaq vəfat edən əzizlərinin dəfni və digər işlərlə məşğul olmalıdır. Keçmişdə də belə olub ki, hüzr düşən evdə yemək filan bişirilməyib, onun qonaqları üçün qohum və qonşuları belə hazırlıq işləri görüblər ki, başı qarışıqdır. Amma təəssüflər olsun ki, bu gün elə bir vəziyyət yaranıb ki, əzizimiz rəhmətə gedəndə, o qalır bir kənarda, ancaq ət və digər məsələlərin arxasınca qaçırıq. Ona görə də rayonda ağsaqqallar yığışıb bu qərarı qəbul etdilər. İndiyə qədər kimsə məcbur edildiyini, cərimələndiyini deyə bilməz. Bu qərar insanlar tərəfindən çox gözəl qarşılanır və sadələşdirilmiş ehsan verilir. Əlbəttə, bununla qane olmayan, razılaşmayanlar da olacaq. 2-3 nəfər hər kənddən belə adam ola bilər. Onlar səhv məlumatlar verirlər ki, filankəs cəzalandırıldı, cərimələndi. Xeyr, qanunda elə bir şey yoxdur ki, məcbur edilsin”. Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov da bildirib ki, yas mərasimləri qanuna, dini ayinlərə və İslam qaydalarına uyğun şəkildə keçirilməlidir: “O cümlədən insanları narahat edən dəbdəbəli ehsanların verilməsi, süfrəyə müxtəlif meyvələrin düzülməsi israfçılıqdır. İkinci bir məsələ qəbir daşları ilə bağlıdır. Mən İctimai birliklər və dini qurumlar komitəsinin sədri olduğum zaman bu məsələlərlə bağlı qanun layihəsi hazırlandı. Sonra Nazirlər Kabineti tərəfindən nümunəvi qəbiristanlıqlar salınması və bələdiyyələrə təhvil verilməsi ilə bağlı qərar qəbul edildi. Həmin qəbiristanlıqlarda bütün qəbirlərin eyni olması nəzərdə tutulmuşdu. Hətta sinə daşının və baş daşının eni, uzunu, hündürlüyü ilə bağlı məsələ də qaldırmışdıq. Yalnız Fəxri Xiyaban və Şəhidlər Xiyabanını çıxmaq şərtilə geridə qalan qəbirlər eyni olmalı idi”. Komitə sədri qeyd edib ki, məsələ indi də gündəmdədir: "Ayrı-ayrı yerlərdə bu məsələlər artıq öz həllini tapıb. Vaxtilə biz bu məsələlərin üstündə ciddi durduqdan sonra yas müddəti qısaldıldı. Artıq mərasimlər dəfn, 3,7, 40 və il olmaqla yekunlaşır. Biz hətta yas müddəti məsələsini də qoymuşduq ki, 15 dəqiqədən artıq olmasın. Bu məsələlərdə insanların kifayət qədər vaxtı gedir. İnsanlar orada oturmaqla nəyəsə nail olmur. Sadəcə, başsağlığı verdikdən sonra oranı tərk edə bilər. Ucqar rayonlarda olan yaslara getmək üçün elə vaxt olur ki, insanlar 2 gününü itirir. Bu barədə də biz bildirmişdik ki, sadəcə, başsağlığı verməklə bu məsələlər həll oluna bilər. Məqsəd münasibətini bildirməkdirsə, oraya gedib-gəlməyə ehtiyac yoxdur. Bu, yas sahibi üçün də çətindir, hər adamı qarşılamalı, yola salmalı, yemək işləri ilə məşğul olmalı olur. O baxımdan hesab edirəm ki, bu məsələyə qayıdılmalıdır. Bu məsələ ilə bağlı mütləq maarifləndirmə tədbirləri olmalıdır. Xüsusilə ziyalılar bu məsələyə toxunmalı, Milli Məclisin deputatları bu məsələni gündəliyə gətirməlidirlər”.


İlahiyyatçı Hacı Atif İsmayılov “Şərq”ə açıqlamasında bildirdi ki, islamda israfçılıq günahdır: 

- "Qurani-Kərim"də buyurulur ki, hər bir işdə həddi gözləyin, həddi aşmayın, Allah həddi aşanları sevməz.  islam bərabərlik, qardaşlıq, əmin-amanlıq dinidir. Necə ola bilər ki, Rəbbimiz bu dünya ötəri, keçici həvəsdir, axirəti düşünün, buyursun, amma bəndə rəhmətə getmiş şəxsin adına dəbdəbəli ehsan süfrəsi açsın, bər-bəzək barədə düşünsün?.. Dinimizin qaydası budur ki, rəhmətə getmiş insanın doğmalarına, ailəsinə 3 gün müddətində başsağlığı verilməlidir. Əgər sonrakı günlər doğmalara başsağlığı vermək həmin insanlara kədərlərini xatırladacaq və mütəəssir olacaqlarsa, başsağlığı vermək, o insanlara yaşadıqları kədəri, itikini yenidən yaşatmaq caiz deyil, bəyənilmir. Yas mərasimlərində də israfçılıq qətiyyən bəyənilmir. Mərasimlərdə "Qurani-Kərim" oxunmalı, dinimizin daşıdığı xeyirxah missiya toplaşanların nəzərinə çatdırılmalıdır. Mərhumun ailəsinə əlavə əziyyət verilməməlidir. Bəzən insanlar geniş şəkildə yas mərasimi, ehsan süfrələri təşkil edir, yüksək məbləğdə başdaşı hazırladır, amma baxırsan ki, borca düşüb, maddi vəziyyəti ağırlaşıb. Bu məsələlərdə sadəlik, tövazökarlıq əsas meyar olmalıdır. Gərək insanlarımız bir-birinə qarşı anlayışlı davransınlar, maddi durumu aşağı səviyyədə olanları nəzərə alıb dəbədəbəli məclislərdən imtina etsinlər. Bunlar əhalinin özü tərəfindən tənzimlənməli məsələlərdir. Belə olarsa, cəmiyyətdə qarşılıqlı hörmət daha da möhkəmlənər. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 İyun 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri