Yasamal ictimaiyyəti şəhidlərimizi yad edir FOTOLAR
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Konstitusiya və Suverenlik ili çərçivəsində və Vətən Müharibəsində şanlı Zəfərin 5 illiyi münasibətilə Yasamal rayon ictimaiyyəti Hərbi Memorial Məzarlığı ziyarət edib.
"Unikal" xəbər verir ki, ziyarətdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, Yasamal Bələdiyyəsinin rəhbərliyi, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Burada şəhid məzarlarına gül dəstələri qoyulub, ruhlarına dualar oxunub, əziz xatirələri yad edilib.
Daha sonra ərazidəki mərasim evində ehsan süfrəsi açılıb. Tədbirdə şəhid ailələri, qazilər, aztəminatlı şəxslər və həssas təbəqə nümayəndələri də iştirak ediblər. Mərasimdə Qurandan dualar oxunub, şəhidlərin əziz xatirəsi anılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 14 Noyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















