Yasamal rayon ictimaiyyəti Zəfər Gününü təntənə ilə qeyd edir FOTOLAR
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
8 noyabr Zəfər Günü münasibətilə bu gün Yasamal rayon ictimaiyyəti Ulu Öndər Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçularımızın xatirəsini yad edib.
"Unikal" xəbər verir ki, bununla əlaqədar Yasamal rayon ictimaiyyətinin nümayəndələri birinci və ikinci Fəxri Xiyabana baş çəkərək burada Ümummilli lider Heydər Əliyevin və Azərbaycan silahlı qüvvələrinin şəhid əsgər və zabitlərinin əziz xatirəsini yad ediblər. Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, məzarları önünə gül dəstələri düzülüb.
İctimaiyyət nümayəndələri həmçinin Yasamal rayon şəhidlərinin xatirə kompleksini də ziyarət edərək onların əziz xatirəsi ehtiramla yad edib, kompleks önünə gül dəstələri düzüblər.Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları Ülvi Quliyev, Göydəniz Qəhrəmanov,YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,Yasamal Bələdiyyəsinini sədri Tahir Məmmədov, həmçinin qəhrəman şəhidlərimizin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 08 Noyabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















