Icma.az
close
up
RU
Yasamal rayonunun ictimaiyyəti Milli Qurtuluş Gününü qeyd edib FOTOLAR

Yasamal rayonunun ictimaiyyəti Milli Qurtuluş Gününü qeyd edib FOTOLAR

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yasamal rayonunun ictimaiyyəti 15 İyun-Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd edib.

"Unikal" xəbər verir ki, bu münasibətlə  Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycanın taleyini dəyişən gün: 15 İyunun strateji əhəmiyyəti” mövzusunda tədbir keçirilib.Tədbir zalının foyesində Ulu Öndərin əziz xatirəsi büstü önündə yad edilib.

Tədbir iştirakçıları 15 İyun-Milli Qurtuluş Gününə həsr edilmiş filmə baxış keçirdilər.Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov Milli Qurtuluş Gününün müasir tariximizdəki əhəmiyyətindən və Heydər Əliyevin tarixi rolundan söz açdılar, habelə şəxsi xatirələri ilə bölüşüblər. 

Tədbirdə yekun nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, 1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycanın müstəqilliyi üçün real təhlükə yaranmışdı. İcra Hakimiyyətinin başçısı bildirdi ki, Azərbaycan dilində qurtuluş sözünün mənası xilas olmaq anlamını daşıyır. Yəni, böyük bir fəlakətdən və ya bəladan xilas olmaq.1993-cü ildə Azərbaycan xalqı parçalanmaqdan, hakimiyyətdəki təsadüfi insanlardan və ümumiyyətlə xəritədən silinməkdən xilas oldu. Biz 1991-ci ildə müstəqillik əldə etdik, lakin 1992-ci ildə hakimiyyətə gəlmiş naşı insanların bərbad idarəçiliyi nəticəsində fəlakətlə üz-üzə qalmışdıq: erməni təcavüzü, iqtisadi böhran, xalq ilə iqtidar arasında uçurumun dərinləşməsi müstəqilliyin  itirilməsi ilə nəticələnə bilərdi. Bu təhlükəni görən Azərbaycan xalqı Heydər Əliyevə üz tutdu. Xalqın təkidi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı və Azərbaycanı böyük bəladan qurtardı: atəşkəs rejimi əldə edildi, beynəlxalq aləm Azərbaycanı tanıdı, ölkədə sabitlik yarandı, “Əsrin müqaviləsi” imzalandı. Məhz buna görə biz 15 iyunu Milli Qurtuluş günü kimi qeyd edirik. Milli Qurtuluş günü  Azərbaycan xalqı üçün  sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.

Elşad Həsənov bildirdi ki, bu gün Ümumilli Liderin siyasətini, onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev qətiyyətlə davam etdirir. Cənab Prezidentin apardığı siyasət Azərbaycanı hər sahədə uğura aparır. 15 iyun Milli Qurtuluş günü tariximizin digər böyük bir tarixi ilə bağlıdır- 8 noyabr Zəfər günü. Zəfər gününə gedən yol məhz Milli Qurtuluş günündən başladı. 1993-cü ildə Heydər Əliyev Azərbaycanı dağılmaqdan xilas etdi, 2020-ci ildə isə cənab Prezident İlham Əliyev Qarabağı erməni işğalçılarından qurtardı.

Qeyd olundu ki, bu gün Qarabağda böyük miqyaslı bərpa-quruculuq işləri görülür və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu Qarabağdakı milli-mənəvi abidələrimizi bərpa edir. Elşad Həsənov vurğulayıb ki, "Heydər Əliyev Azərbaycanı məhz belə görmək istəyib: sürətlə inkişaf edən, torpaqları azad edilmiş və güclü liderin rəhbərlik etdiyi bir ölkə".

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bu gün  Ulu Öndərin xidmətlərinin böyük hörmət və ehtiramla xatırlandığını və onun 1993-cü ildə Azərbaycanı məhv olmaqdan xilas etməsinin hər zaman yaddaşlarda qalacağını bildirib. 

Daha sonra bir qrup Yasamal rayon fəalına fəxri fərmanlar və partiya biletləri təqdim edildi.Tədbir əməkdar artist Gülüstan Əliyevanın ifasında bədii hissə ilə başa çatıb. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 İyun 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see192

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see158

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see148

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see146

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri