Icma.az
close
up
RU
Yasamalda Konstitusiyanın 30 illiyi qeyd edildi FOTOLAR

Yasamalda Konstitusiyanın 30 illiyi qeyd edildi FOTOLAR

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Yasamal Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasının 30 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdən öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.

Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova iştirakçıları bayram münasibətilə təbrik etdi və ölkəmizdə hüquqi dövlətin təşəkkül tapmasının əsas mərhələləri barədə məlumat verdi. Daha sonra Azərbaycan Konstitusiyasının qəbulundan və bu tarixi prosesdə Ulu Öndərin rolundan  bəhs edən filmə baxış keçirildi.

Tədbirdə məruzə ilə çıxış edən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, əsas qanunun hüquqi və tarixi əhəmiyyətinə dair öz fikir və mülahizələri ilə bölüşdülər, Azərbaycanda son illər həyata keçirilən hüquqi islahatların mahiyyətinə dair ətraflı məlumat verdilər. Tədbirdə yekun nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, cənab Prezident İlham Əliyevin 2025-cü ili “Konstitusiya və Suverenlik İli” elan etməsi bu əlamətdar hadisənin tarixi və siyasi əhəmiyyətini daha da artırıb. Bildirildi ki, Azərbaycan Konstitusiyası müstəqil dövlətimizin hüquqi bünövrəsini təşkil edən əsas qanundur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş bu sənəd, dövlətimizin hüquqi, demokratik və dünyəvi inkişaf yolunu müəyyən etmiş, vətəndaşların hüquq və azadlıqlarının təminatçısıdır. Bu tarixi hadisə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və dövlət quruculuğu sahəsindəki müdrik fəaliyyətinin nəticəsidir.

Məhz onun rəhbərliyi ilə qəbul edilən Konstitusiya Azərbaycan Respublikasının hüquqi dövlət kimi formalaşmasının başlanğıc nöqtəsinə çevrildi. Bildirildi ki, Ulu Öndər ikinci dəfə iqtidara gəlməmişdən öncə ölkəmizdə qanunlar işləmirdi, hüquq tapdalanırdı, elementar insan haqları kobud şəkildə pozulurdu. Lakin Ulu Öndər xalqın təkidi ilə ikinci dəfə iqtidara gələndən sonra vəziyyət dəyişməyə başladı: qanunun aliliyi, hüquq və azadlıqların müdafiəsi təmin edildi. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan dövləti öz suverenliyini tam şəkildə bərpa etmişdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbə, 2023-cü ilin antiterror əməliyyatı nəticəsində Qarabağda dövlət suverenliyimizin tam bərpası tarixi hadisədir. Bu gün Azərbaycan dövləti möhkəm hüquqi əsaslar üzərində durur, qanunun aliliyinə, insan hüquqlarına və sosial ədalətə əsaslanan siyasət həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan islahatlar həm dövlət idarəçiliyində, həm də sosial-iqtisadi sahələrdə Konstitusiyanın prinsiplərinin praktiki tətbiqidir. Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup şəxsə fəxri fərmanlar təqdim edildi.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Noyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri