Icma.az
close
up
RU
Prokurorluğun 108 illiyi Yasamalda da qeyd edildi Fotolar

Prokurorluğun 108 illiyi Yasamalda da qeyd edildi Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Yasamal Rayon Prokurorluğunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, RİH-in Aparat əməkdaşları, rayon prokuroru Elman Süleymanov və rayon prokurorluğunun əməkdaşları, həmçinin Yasamal rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Yasamal rayon prokuroru Elman Süleymanov çıxış edərək prokurorluq orqanlarından yüksək diqqət və qayğısını əsirgəməyən Prezident İlham Əliyevə dərin ehtiramını ifadə edərək, bildirdi ki, Azərbaycan Respublikasının Prokurorluğu bundan sonra da nizam-intizamın və qanunçuluğun daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini daim gücləndirəcək və üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirəcək. Rayon prokuroru prokurorluq orqanlarının zəngin tarixindən söz açıb, qarşıda duran vəzifələr barədə danışıb.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, Ulu Öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə 1 oktyabr-Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət səviyyəsində qayğının ifadəsidir.

O qeyd edib ki, Azərbaycan prokurorluğu yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri yüksək peşəkarlıqla yerinə yetirir.Yasamal Rayon Elşad Həsənov vurğulayıb ki, torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, ordumuzun igidliyi ilə düşmən işğalından azad edildi və suverenliyimiz tam bərpa edildi. Artıq Qarabağda yeni prokurorluq idarələri tam fəaliyyət göstərir. Qarabağa qayda-qanun, hüquq və ədalət qayıdır.Vaxtilə Azərbaycan dövlətinə və xalqına qarşı cinayətlər törətmiş erməni cəlladları isə məsuliyyətə cəlb ediliblər.

Tədbirdə həmçinin cıxış edən Yasamal rayon məhkəməsinin sədri Anar Tanrıverdiyev, Yasamal rayon polis idarəsinin rəisi Mirnemət Mirbabayev, rayon DTX-nın rəisi Tuncay Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Murad Məmmədov prokurorluq əməkdaşlarını peşə bayramları münasibətilə təbrik etdilər və öz arzularını çatdırdılar.Tədbirdə rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətləri ilə fərqlənən rayon Prokurorluğunun bir sıra əməkdaşlarına “Fəxri fərmanlar” təqdim edildi. Sonda xatirə fotosu çəkildi.







Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Oktyabr 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri