Icma.az
close
up
RU
Yasamalda müştəri 50 qəpiyə görə taksi sürücüsünü döydü

Yasamalda müştəri 50 qəpiyə görə taksi sürücüsünü döydü

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Yasamal rayonunda müştəri taksi sürücüsünə xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, Şamaxı rayon sakini, 1977-ci il təvəllüdlü Ənvər taksi sürücüsü kimi bir neçə dəfə Müşfiqabad qəsəbəsinə onu aparan Əhməd ilə mübahisə edib. 
Aralarında yaranmış gediş haqqı qiyməti ilə bağlı mübahisə zamanı Əhmədin sol göz nahiyyəsindən qəsdən baş zərbəsi ilə vurub. 
Hadisəni törədən Ənvərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Ənvər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Əhmədi 20 Yanvar dairəsində Müşfiqabad qəsəbəsi istiqamətinə gedən taksi sürücüsü kimi tanıyıb: 
“Bir neçə dəfə onunla müştəri qismində Müşfiqabaq qəsəbəsinə getmişəm. Hər dəfə onunla 2 manat müqabilində getmişəm. Məlum hadisə günü, saat 18 radələrində 20 Yanvar dairəsi yaxınlığında başqa bir taksiyə əyləşdim və Müşfiqabad qəsəbəsi istiqamətində getmək istədim. Bu zaman digər müştərilərin gəlməsini avtomobilin tam müştəri ilə dolmasını gözlədiyim vaxt oturduğum taksinin qarşı tərəfində Əhmədin müştərilərin Müşfiqabad istiqamətində hansı qiymətə apardığını soruşmuşam. Onun müştərini 1 manat 50 qəpiyə aparacağını dediyini eşitdim. 
Taksidən düşərək ona yaxınlaşdım və hansı səbəbə məni daima 2 manata, başqa şəxsləri isə 1 manat 50 qəpiyə apardığını soruşdum. Bu vaxt aramızda mübahisə yarandı. Mübahisənin böyüdüyünü görərək ətrafdakılara narahatçılıq verməmək üçün onu binanın sağ tərəfinə dəvət etdim. Orada isə onunla kobud danışdığım üçün onun sol göz nahiyyəsindən baş zərbəm ilə vurdum”.
Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. 
Məhkəmənin hökmü ilə Ənvər cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Yanvar 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri