4 manata görə taksi sürücüsünü döydü
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az Demokrat.az-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Fərid həmyerlisi Vəli (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, məlum hadisə günü gecə saat 02:30 radələrində Şəki şəhərinin Daş Qaya adlanan ərazisində taksi fəaliyyəti ilə məşğul olan Vəli Fəridə onu mənzil başına çatdırmaq üçün gediş haqqı kimi 4 manat alacağını bildirib.
Bu zaman Fərid onunla razılaşaraq idarə etdiyi avtomobilə əyləşib və maşını Şəki şəhəri Gənclər küçəsinə sürməsini istəyib. Mənzil başına çatdıqdan sonra Fərid avtomobilin içərisində taksi sürücüsünə üzərində pul olmadığını, gedərək yaşadığı evdən pul gətirəcəyini bildirib.
Buna görə onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Fərid qəsdən əli ilə Vəlinin baş nahiyəsinə çoxsaylı zərbələr endirərək ona xəsarətlər yetirib.
Faktla bağlı Fəridin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü gecə saatlarında dostları ilə restoranda yeyib-içib: "Daha sonra dostumla kafedən çıxaraq taksi fəaliyyəti ilə məşğul olan şəxsin yanına yaxınlaşdım və ondan məni yaşadığım ünvana aparmasını xahiş etdim. Ünvana çatdığımız zaman üzərimdə pul olmadığını, gedərək yaşadığım evdən pul gətirəcəyimi bildirdim. Taksi sürücüsü mənimlə razılaşmadı, telefonumu və şəxsiyyət vəsiqəmi qoyaraq getməyimi istədi. Bu zaman aramızda mübahisə yarandı. Həmçinin həmin anda içkili olduğumu bildirdim".
Təqsirləndirilən şəxs həmçinin bildirib ki, törətdiyi əməldən peşmandır və zərərçəkmişlə barışıb. Hazırda zərərçəkmişin ona qarşı hər hansı şikayəti və tələbi yoxdur.
Şəki Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 14 Oktyabr 2026 23:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















