Yasamalda “Nimçə Lounge” qalmaqalı
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Bakının Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının sakinləri dözülməz şəraitdən gileylənirlər.
“Yeni Sabah” xəbər verir ki, bu haqda bina sakini sosial şəbəkələrdə mənzilinin tam altında fəaliyyət göstərən “Nimçə Lounge” restoran-qəlyanaltı obyektinin yaratdığı ciddi problemlərdən şikayətlənib.
Sakin bildirir ki, sözügedən obyekt heç bir səs və tüstü izolyasiyası olmadan fəaliyyət göstərir. Günorta saat 17:00-dan gecə saat 03:00-dək davam edən səs-küy, futbol azarkeşlərinin qışqırıqları, nərd səsləri, masa və stulların sürütlənməsi, uca səslə danışıqlar və qəlyan qoxusu birbaşa mənzilə dolur. Toyuqlu pizza
“Eynilə birinci mərtəbədə yerləşən “Araz” market yüksək səviyyədə izolyasiya etdiyi üçün onlardan heç bir səs gəlmir. Lakin “Nimçə Lounge” heç bir izolyasiya qurmayıb. Öz evimizdə yaşamaq hüququmuz tamamilə pozulub, əsəbdən xəstəlik tapmışıq. Dəfələrlə müxtəlif qurumlara şikayət etsək də, hələ də heç bir nəticəsi olmayıb”.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 23 Oktyabr 2026 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















