Icma.az
close
up
RU
“Mamounia Lounge”: Bakının mərkəzində Mərakeşin dadlı parçası

“Mamounia Lounge”: Bakının mərkəzində Mərakeşin dadlı parçası

Icma.az, Bizim media saytına istinadən bildirir.

Azərbaycan paytaxtını tərk etmədən Şərqin sehrinə dalmaq istəyirsinizsə, yolunuzu İzzət Orucova küçəsi 13 ünvanında (“Capital Plaza”) yerləşən yeni açılmış “Mamounia Lounge” restoranından salın.
Konseptual “Mamounia Lounge” restoranı, özünəməxsus Mərakeş ənənələrinin müasir komfortla birləşərək hər bir qonaq üçün unudulmaz atmosfer yaradan unikal məkandır.
Bu restoran sadəcə şam yeməyi edə biləcəyiniz məkan deyil, Şərq dadları və zərif üslub dünyasına əsl səyahətdir.
Buranın interyeri zəngin Mərakeş irsini əks etdirir: gözəl xalçalar, zərif işıqlandırma və isti, zəngin rəng çalarları rahatlıq və dəbdəbə atmosferi yaradır. Restoranın Şərq ruhunu təcəssüm etdirən hər guşəsi ənənəvi elementləri müasir çalarlarla birləşdirərək maksimum komfort və estetik həzz bəxş edir. Burada hər bir detal qonaqların özlərini Mərakeş nağılının bir parçası kimi hiss etmələri üçün düşünülüb.
Qonaqların rahatlığını nəzərə alaraq restoranda həm dostlarla görüşlər, həm də ailəvi naharlar üçün geniş ümumi zal fəaliyyət göstərir. Yay və qış terasları ilin bütün fəsillərində - istər isti yay axşamları olsun, istərsə də rahat qış günlərində ləziz təamlardan və restoranın atmosferindən həzz almağa imkan verir. Təklikdə qalmaq istəyənlər üçün isə işgüzar görüşlər və ya romantik şam yeməkləri üçün ideal olan özəl otaqlar var.
“Mamounia Lounge” qonaqlarını Azərbaycan və Avropa mətbəxlərinin yeməklərindən ibarət rəngarəng menyusu ilə sevindirməklə yanaşı, ənənəvi Mərakeş ədviyyatları və reseptləri ilə hazırlanan unikal Mərakeş yeməkləri təklif edir. Bu da hələ son deyil - xüsusi desertlər, çay mərasimləri və Mərakeş qəlyanları təkrarolunmaz relaks atmosferi yaradır. Menyu ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
“Mamounia Lounge”da axşamlar əsl musiqi səyahətinə çevrilir. Rahat mühitdə səslənən canlı musiqi istirahətinizə xüsusi dad qatacaq, istedadlı musiqiçilərin ifa etdikləri Şərq melodiyaları isə şam yeməyinizi unudulmaz edəcək.
“Mamounia Lounge” sadəcə restoran deyil, hər kəsin öz xoşbəxtlik guşəsini tapa biləcəyi məkandır: qurmanlar nadir dad qarışıqlarını layiqincə qiymətləndirəcək, estetika həvəskarları zərif dizayndan zövq alacaq, istirahət axtarışında olanlar isə harmoniya və relaksı hiss edəcəklər. Şərqin ətrini duymaq, nəfis mətbəxdən həzz almaq və sizinlə əbədi qalacaq xatirələr yaratmaq üçün “Mamounia Lounge” restoranına gəlin!
Qeyd edək ki, restoran “Restaura Group” şirkətinin layihəsidir.
Hər gün saat 10:00-dan 02:00-dək fəaliyyət göstərən “Mamounia Lounge”da rezervasiya üçün +99450-788-66-99 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
“MAMOUNIA Lounge” restoranının sosial şəbəkə hesabı - Instagram.
Bizim.Media 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Dekabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri