Icma.az
close
up
RU
Yasamalda qanvermə aksiyası keçirilib FOTOLAR

Yasamalda qanvermə aksiyası keçirilib FOTOLAR

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, xüsusən də irsi qan xəstəliklərinin profilaktikası və müalicəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən donorluğun və qan xidmətinin inkişafına dair xüsusi sərəncamlar imzalanmış, bu sahədə müvafiq qanunlar qəbul edilmişdir.Eləcə də Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı 20 ildən çoxdur ki, ölkəmizdə minlərlə insanın həyatına ümid, gələcək nəsillərin sağlam böyüməsinə real təminat bəxş edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ağır xəstəliklərdən əziyyət çəkən şəxslərə həssas münasibətinin bariz nümunəsi olan proqramın mahiyyəti yalnız mövcud xəstələrin müalicəsi ilə məhdudlaşmır, həm də xəstəliyin genişlənməsinin qarşısının alınması, sağlam donor qanının təminatı kimi vacib sahələri əhatə edir.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibəti ilə talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Qan Bankının dəstəyi ilə “Talassemiyasız həyat naminə” adlı növbəti qanvermə aksiyası təşkil edilib.

Yasamal Rayon Heydər Əliyev Mərkəzində baş tutan aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının, Yasamal Bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları, partiya üzvləri, rayonda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbə və müəllim kontingenti, səhiyyə müəssisələrinin kollektivləri bu nəcib aksiyada iştirak ediblər.

Qanvermə aksiyası Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan bankının həkimlərinin nəzarəti altında baş tutub. Mərkəzin tibbi briqadası bu aksiyada iştirak edənləri ilkin müayinədən keçirdikdən sonra qanvermə baş tutub. Ölkənin qan ehtiyatlarını artırmaq məqsədilə Yasamal Rayon İcra Hakimiyyətinin və digər yerli idarə və təşkilatların əməkdaşları növbə ilə qan veriblər.

Səhiyyə Nazirliyi Respublika Qan Bankının“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində baş tutan bu qanvermə kampaniyası Yasamal rayonunda mütəşəkkil qaydada ənənə xarakteri alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Aprel 2026 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri