Yasamalda genişmiqyaslı ağacəkmə aksiyası keçirilib FOTOLAR
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 2025-cü ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi Sərəncamı ilə əlaqədar Yasamal rayonunda ekoloji aksiya baş tutub.
"Unikal" xəbər verir ki, aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və RİH-in aparat əməkdaşları, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və partiya fəalları, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov və bələdiyyə üzvləri, MKTB rəisi Vüsal Hüseynov və işçi heyəti, həmçinin gənc fəallar və könüllülər iştirak ediblər. Aksiya çərçivəsində ərazidə minlərlə ağac əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. Ərazidə əkilən ağaclara daimi qulluq göstərilməsi üçün suvarılma məsələləri həll olunub. Həmçinin il boyu bu ağaclara qulluq məsələləri yerli icra qurumları tərəfindən nəzarətə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 20 Oktyabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















