Yasamalda qoşa xəttin üzəriylə gedən motosiklet “Honda” ilə toqquşdu ANBAAN VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paytaxtın Yasamal rayonunda qayda pozan sürücülər qəza törədiblər.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan motosiklet 10-ZU-393 dövlət nömrə nişanlı “Honda” markalı maşınla toqquşub. Videodan göründüyü kimi, motosiklet sürücüsü qoşa xəttin üzəriylə hərəkət edir. Bu zaman qoşa xəttin tələbini pozaraq dönmə işığını yandırmadan sola manevr edən “Honda” markalı maşına çırpılır. Xoşbəxtlikdən motosiklet sürücüsü manevr edərək baş verə biləcək ağır qəzanın qarşısını alır.
Qeyd edək ki, qəzadan sonra sürücülər bir-birini günahlandırmağa başlayıblar.
Nərmin

Qoşa xəttin üzəriylə gedən motosiklet “Honda” ilə toqquşdu ANBAAN VİDEO
29 Noyabr 2024 13:17
Qoşa xəttin üzəriylə gedən motosiklet sürücüsü baxın necə təhlükə yaratdı VİDEO
12 Mart 2025 15:20
Yasamalda ağır qəza: motosiklet piyadanı vurdu VƏZİYYƏTİ AĞIRDI ANBAAN VİDEO
07 Mart 2025 10:41
Honda və motosiklet toqquşdu; gənc oğlan və qız öldü FOTO VİDEO
12 Mart 2025 21:01
Yasamalda motosiklet piyadanı vurub
05 Aprel 2025 19:56

