Yasamalda vətəndaşlar susuz qaldı
Icma.az, Milli.az saytına istinadən bildirir.
Yasamal rayonunun bir sıra ərazilərində su təchizatında problem yaranıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, son bir neçə saatdır ki, rayonun müxtəlif hissələrində, o cümlədən Hüseyn Cavid prospektində içməli suyun verilişi dayandırılıb.
Vətəndaşlar bildiriblər ki, su təchizatındakı fasilə gündəlik məişət ehtiyaclarının qarşılanmasında çətinliklər yaradıb.
Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Mətbuat Xidmətindən su təchizatında yaranmış problemin olduğu təsdiqlənib.
Qurumdan bildirilib ki, hazırda bəzi ərazilərdə suyun verilişində məhdudiyyət müşahidə olunur. Lakin problemin yaranma səbəbi və su təchizatının nə vaxt bərpa ediləcəyi barədə əlavə məlumat verilməyib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:148
Bu xəbər 21 İyun 2026 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















