Yasamalda yol polisi qayda pozanları cərimələdi Təmiz hava VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yasamal RPİ DYP Şöbəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birgə rayon ərazisində avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması istiqamətində tədbir həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, "Təmiz hava" aylığı ilə əlaqədar keçirilən tədbirlər zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücülərlə maarifləndirici söhbətlər aparılıb.
Tədbir zamanı avtomobili zərərli qazları normadan artıq ixrac edən sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Bəzi sürücülərə xəbərdarlıq edilib.
Sürücülərin diqqətinə çatdırılıb ki, istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etsinlər.
Xatırladaq ki, ölkə ərazisində “Təmiz hava" aylığı ilə bağlı tədbirlər davam etdirilir.
Səfər
Baxış sayı:68
Bu xəbər 23 May 2025 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















