Yasamalda qəzalı yol Tıxac yaradır Video
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Yasamal rayonu, Bünyad Sərdarov küçəsində yol qəzalı vəziyyətə düşüb və nəqliyyatın gediş-gəlişi üçün çətinlik yaranıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntüləri hüquqşünas Aslan İsmayılov sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, hər gün istifadə etdiyi həmin yolda nəqliyyatən sıxlığı müşahidə olunur.
Sakinlərin sözlərinə görə, sözügedən ərazidə yol Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən bağlanıb.
Məsələ ilə bağlı ADSEA ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ünvanda MTK-ya verilmiş texniki şərt əsasında su və kanalizasiya xətlərinin çəkilməsi istiqamətində işlər görülür:
“Ərazidə təhlükəsizlik tədbirləri görülüb, çəpərləmə və mühafizə baryerləri quraşdırılıb. İşlər başa çatdıqdan sonra asfalt örtüyünün bərpası ilə bağlı aidiyyəti üzrə müraciət ediləcək”.
Baxış sayı:101
Bu xəbər 15 Oktyabr 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















