Yaşar Gülərin açıqlaması İrəvanda təşviş yaratdı Zəngəzur dəhlizi...
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin Azərbaycan və Ermənistan arasında sülhlə bağlı açıqlaması İrəvanda narahatlıq yaradıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Erməni mediası Y.Gülərin “Azərbaycanın 44 günlük müharibədə Qələbəsindən sonra Ermənistanla uzunmüddətli sülh üçün tarixi şans yarandı. Ümidvarıq ki, İrəvan öz siyasətini Cənubi Qafqaz regionunun münaqişələrə deyil, dostluğa və əməkdaşlığa ehtiyacı olması prinsipi əsasında quracaq.
Rəsmi Ankara Cənubi Qafqazda münasibətlərin tezliklə normallaşacağını gözləyir, həmçinin regionun bütün dövlətlərinin iqtisadi inkişafına və rifahının artmasına töhfə verəcək Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır”, – fikirlərini İrəvana ünvanlanan təhdid mesajı kimi dəyərləndirib.
“Hraparak” sözügedən açıqlamanı “türk general Ermənistanı təhdid edir, yoxsa tövsiyə verir?” sərlövhəsi ilə təqdim edib.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 09 Noyabr 2024 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















