Icma.az
close
up
RU
“Zəngəzur dəhlizi əldən gedir” İrəvanda panika

“Zəngəzur dəhlizi əldən gedir” İrəvanda panika

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

İran-İsrail arasında davam edən qarşılıqlı raket zərbələrindən regionda ən çox qorxuya düşən Ermənistandır.

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, erməni mediasında, xüsusilə baş nazir Nikol Paşinyana müxalif olan nəşrlərdə bu narahatlıq xüsusi hiss edilməkdədir.

Yazılarda əsas narahatlıq Zəngəzur dəhlizi ətrafında hiss edilir. Bildirilir ki, İran rəsmilərinin son açıqlamalarında Zəngəzur dəhlizi mövzusunun gündəmdən çıxarıldığına müəyyən ümidlər yaranmışdı. “Lakin hadisələrin sürətlə inkişafı, xüsusən də İranın İsraillə hərbi münaqişəyə cəlb olunması regionun sabitləşməsi perspektivlərini şübhə altına alır. Əvvəllər İran Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhlükə hesab etdiyi Zəngəzur dəhlizi ideyasının irəli sürülməsinin əsas əleyhdarlarından biri olub.

İran bu ideyanın həyata keçirilməsinə fəal şəkildə mane olan azsaylı dövlətlərdən biri idi. Lakin İsrailə qarşı hərbi əməliyyatlarda iştirak edən İran Cənubi Qafqazdakı proseslərə, o cümlədən Ermənistanla bağlı məsələlərə təsir etmək imkanını itirir”, -deyə yekramas.org özs təhlilində yazır.

O da qeyd edilir ki, hərbi qarşıdurma şəraitində İranın diqqəti daxili və xarici təhdidlərə yönəldiyi bir vaxtda onun Türkiyə və Azərbaycanın təzyiqlərinə tab gətirmək qabiliyyəti xeyli zəifləyir. “Bu, Ermənistan tərəfi üçün potensial təhlükələr yaradır. İran-İsrail qarşıdurması ilə yanaşı, Rusiya-Ukrayna münaqişəsi də regiondakı vəziyyətə təsir edən mühüm amil olaraq qalır.

Ənənəvi olaraq Cənubi Qafqaz regionunda təhlükəsizliyin təminatçısı rolunu oynayan Rusiyanın diqqəti də hazırda Ukrayna probleminə yönəlib. Bu vəziyyət Rusiyanın regionda sabitliyi qorumaq imkanlarını zəiflədir və digər oyunçuların bundan istifadə etməyə çalışacaqları təhlükəsizlik boşluğu yarada bilər. Xüsusən də Türkiyə və Azərbaycan yaranmış vəziyyətdən istifadə edərək, regionda fəaliyyətlərini gücləndirə bilərlər” deyə, bildirilir.

İddia olunur ki, guya yaranmış gərginlikdən istifadə edən Bakı və Ankara Zəngəzur dəhlizinin yaradılmasına çalışa bilər: “Bu da öz növbəsində Ermənistanın vəziyyətinin pisləşməsinə gətirib çıxaracaq. Bu dəhlizin reallaşması təkcə regionun geosiyasi xəritəsini dəyişməyəcək, həm də mürəkkəb beynəlxalq vəziyyətdə Ermənistanın manevr imkanlarını xeyli azaldacaq. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin milli maraqlara xəyanət etməsi Ermənistanın vəziyyətinə nikbinlik qatmır”

Politoloq Sergey Melkonyan isə hesab edir ki, İsrail-İran qarşıdurması daha genişmiqyaslı münaqişəyə çevrilərsə, Azərbaycan və İsrail İrana qarşı yeni cəbhə aça bilər. Melkonyanın fikrincə, bu prosesdə əsas hədəf təkcə İran deyil, ilk növbədə Ermənistan ola bilər.

"Əgər eskalasiya nəzarətdən çıxsa, bu, regionu gərginliyin yeni raunduna çəkmək üçün fürsət pəncərəsinə çevriləcək. Regional münaqişənin baş vermə ehtimalı xeyli artacaq", - politoloq News.am TV-də deyib.

O xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl İranın mövqeyindən narazılığını bildirərək, Zəngəzur dəhlizi adlanan layihənin həyata keçirilməsinə mane olanın Tehran olduğunu bəyan edib. Daha sonra buna cavab olaraq İranın ruhani liderinin ən yaxın məsləhətçilərindən biri Əli Əkbər Vilayəti ruhani liderin rəsmi internet saytında geniş müsahibəsində deyib ki, İranın Zəngəzur dəhlizində qəti mövqeyinin əhəmiyyətli təsiri olub. "İran konkret addımlar atdı və buna nail oldu. Amma genişmiqyaslı müharibə başlayarsa, bu imkanlar çox güman ki, xeyli zəifləyəcək", - Melkonyan yekunlaşdırıb.

O da vurğulanır ki, hazırkı vəziyyətdə Ermənistan öz təhlükəsizliyini təmin etmək və milli maraqlarını qorumaq üçün bir sıra tədbirlər görməlidir.

Hər şeydən öncə Ermənistan ordusunu gücləndirməli, müttəfiqləri və tərəfdaş ölkələrlə hərbi-texniki əməkdaşlığı inkişaf etdirməlidir. Ermənistan beynəlxalq arenada maraqlarını qorumaq üçün diplomatik kanallardan, eləcə də diasporun imkanlarından fəal istifadə etməlidir. Nəhayət, Ermənistan dövlətçiliyinin mövcudluğunu təhdid edən və geosiyasi böhrandan çıxarmaq üçün ölkədə hakimiyyət dəyişikliyini mümkün qədər tez həyata keçirməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 İyun 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri