Icma.az
close
up
RU
Yaşar kişinin ördəyini kim oğurlayıb?

Yaşar kişinin ördəyini kim oğurlayıb?

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Son vaxtlar dəbdir, kimin kimə nə sözü var, telefonunu götürür, kamerasını tuşlayır oturacağı stula, sonra keçir oturur həmin o stulda, başlayır ürək sözlərini deməyə. Bəzən heç stula da ehtiyac olmur, eləcə telefonun ön kamerasını açıb başlayırlar danışmağa. Sonra da ki nə çoxdur sosial şəbəkə, hansına istəyirsən qoy, məşhur ol. Yaxşı da adı var bu hərəkətin - videomüraciət. Bəli, bəli, məhz elə müraciət. Əvvəllər ərizə vardı, teleqram vardı, məktub vardı. Üstəgəl bu dediklərim konkret müraciət olunan tərəfə ünvanlanırdı, oxuyan tərəf də bilirdi ki, yazan nə istəyir, necə istəyir, hətta harada istəyir. İndi isə bütün el-aləm bilməlidir ki, kimin problemi nədir və kiminlədir.

Son vaxtlar belə videomüraciətlərdən ən məşhuru Qərənfil xalanın “TikTok” şəbəkəsində yaydığı silsilə müraciətlər idi. Xala konkret adamlardan konkret şeylər tələb edirdi. Məsələn, özünə məxsus olan və oğurlandığını iddia etdiyi ördəyini. Müraciəti edən şəxs konkret adlar çəkib, ünvanlar göstərirdi. Di gəl, kimi nədə ittiham etdiyini lazımi orqanlar yox, “bütün Azərbaycan xalqı” bilirdi. Beləcə də deyirdi: “Qoy hamı bilsin ki…”

Yox e, mövzumuz Qərənfil arvad deyil, o videolara yazı həsr edəcək zamanım yoxdur, eləcə misal çəkdim ki, fikrimi aydınlaşdırım. Mövzu son günlər sosial şəbəkələrdə yayılan başqa bir videomüraciətdir - Zəngilan sakini Cəfərov Yaşarın videosu. Hərçənd ki, iki video arasında paralellər aparıb xeyli oxşar məqamlar tapmaq olar. Amma hələlik bir az ciddi yanaşaq məsələyə.

Yaşar kişi kamera arxasına keçərək video çəkdirib və son 30 ildə itirdiklərini, ondan “oğurlanan”ları, əkə bilmədiyi torpaqdan qazanacaqlarını, saxlaya bilmədiyi toyuq, qaz və ördəyin yumurtalarını və sairəni tələb edib. Yaxşı edib etməyinə, amma və lakin tələbin ünvanını düz qoymayıb. Yaşar kişi həm videonun ortasında, həm də sonunda konkret bildirir ki, o bütün bunların hamısını dövlətdən tələb edir. Bəli, bəli öz dövlətindən, yəni Azərbaycan dövlətindən.

O dövlətdən ki, ilk atılan güllədən şanlı qələbə ilə nəticələnən son savaşdakı gülləyə qədər, milyonlarla güllənin, top mərmisinin, təyyarə ilə atılan bombanın, dronun, “Bayraktar”ın, minamyot mərmisinin və sairə minlərlə hərbi ləvazimatın xərcini çəkib. Bu mərmiləri düşmənə ata bilmək üçün peşəkar ordu yaradıb.

O dövlətdən ki, ilk qaçqın axınından bu günə qədər milyonlarla qaçqına, köçkünə sosial yardım verib, onların qalmaq üçün yerinin, yemək üçün çörəyinin, işığının, qazığının, suyunun pulunu ödəyib. Evlər, binalar, qəsəbələr tikib, qaçqınları evlə təmin edib.

O dövlətdən ki, düz otuz il beynəlxalq aləmə həqiqətləri çatdırmaq üçün, xarici siyasətdə uğur qazanmaq üçün, tərəfdar toplamaq üçün, beynəlxalq təşkilatların yekəqarın nümayəndələrinin qarnını doyurmaq üçün milyardlarla xərc çəkib. Hər il böyüklü-kiçikli onlarla tədbirə ev sahibliyi edib, xaricdəki tədbirlərdə iştirak üçün nümayəndə heyətləri göndərib, lobbiçiliklə, diaspora qurulması ilə məşğul olub.

O dövlətdən ki, düz otuz il dayanmadan bütün sahələrdə aparılan mübarizənin nəticəsində onlarla ölkəni neytrallaşdırıb, savaşa girib və 44 günə o savaşı qələbə ilə bitirib. Ardından cəmi 23 saatlıq “Antiterror əməliyyatı” keçirərək 300 illik bir problemi kökündən həll edib.

Və o dövlətdən ki, düz 5 ildir işğaldan azad edilən torpaqlarda durmadan, dayanmadan quruculuq işləri görür, yollar çəkir, infrastruktur yaradır, insanları öz doğma torpaqlarına geri qaytarır. Minalanmış əraziləri təmizləmək, bombalanmış, yerlə-yeksan edilmiş kəndləri, şəhərləri yenidən qurmaq üçün öz büdcəsindən hər il milyardlarla manat vəsait ayırır.

Yaşar kişi bax bu dövlətdən tələb edir 30 ildə itirdiklərini. Onu anlamaq olardı, əgər bu tələbin ünvanını düzgün qoysa idi. Əgər telefon kamerası əvəzinə, qələm və kağızdan istifadə edib beynəlxalq qurumlara müraciət etsə idi. Hətta bu müraciətə elində-obasında tanıdığı, bildiyi insanları da cəlb edib minlərlə məktub, müraciət ünvanlanmasına nail olsa idi.

Yoxsa ki, Qərənfil arvad misalı, kameraya özünü çəkdirib “Verin mənim ördəyimi” iddiası etmək bir xeyli qeyri-adekvat səslənir. Əşi, nə qeyri-adekvat e, elə birbaşa deyək ki, bu nəsə “həlləm-qəlləm işə” oxşayır.

Məsələnin başqa bir maraqlı tərəfi də odur ki, həmin bu Yaşar kişinin illər öncəyə aid bir videosu da var. Həmin videoda da dayı Azərbaycan dövlətinə üzün tutub deyir: “Paşinyan Zəngilana yol çəkdirir, mənim ürəyimnən çəkilir o yol”. Deyir ki, getsin alsın da, o torpaqları… Bax o videodakı Yaşar kişi daha səmimidir, daha başadüşüləndir. Dövlət o səmimi, o narahat Yaşar Cəfərovu və bütün Yaşarları eşitdi. Getdi, aldı Qarabağı! Qoymadı ürəklərdən yol çəkilə. Qoymadı ürəklər düşmən yolunun ağırlığından çat-çat ola.

Bəs nə dəyişdi ki, o boyda səmimiyyətin, əsən dillə deyilən yarımçıq cümlələrin yerini fərqli ritorika ilə “dövlətdən tələb etmək” aldı? Mən hər iki videoya diqqətlə baxdım. Dəyişən xeyli şey var. Məsələn, elə ən çox gözəçarpan Yaşar dayının papağıdır. İllər əvvəlki naümid Yaşarın başında ağ papaq (kepka) var, indiki videomüraciətdə isə papağın rəngi qaradır. Əksinə olmalı deyildimi? Axı biz bu illər ərzində “AĞ”a daha çox yaxınlaşmışıq. Bütün dünyanın, dost-düşmənin qabağında üzümüz ağ olub. Adama deyərlər a kişi, xeyir ola, sən dönüb qara kepka qoyub, qara-qura söhbətlər edirsən?

Hər şey bir yana, ay Yaşar dayı, öz dövlətindən indi tələb etdiyini bu dövlət sənin illər əvvəlki tələbini yerinə yetirərkən ödəyib axı! Yoxsa deyirsən ki, “mənə dəyən zərər verilsin, ürəyimdən yol çəkilsə də olar?” Belə olmaz, ağsaqqal! Sən gəl, qayıt o ağ papağa. Qara papağını da atma, qoy qabağına fikirləş! Fikirləş sonra danış. Fikirləş ki, bundan sonra videomüraciətin filanın çıxsa, başa düşək nə deyirsən.

Sənin “ördəyini” biz yox, ermənilər oğurlayub, Yaşar kişi. Tələb et, al! Utanma, min dəfə də artığını tələb et! Haqqındı!

Çingiz Özgür

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Noyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see276

Anormal istilər Fransada kənd təsərrüfatına ciddi ziyan vurub

29 İyun 2026 00:57see273

Şəhid atasının xatirələri: Emin uşaqlıqdan fərqli xarakterə malik idi

28 İyun 2026 17:41see271

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

28 İyun 2026 23:48see271

Bağ evində əyləncələr qonşuların əsəblərini KONKRET

28 İyun 2026 22:45see270

Duş kabin şüşələrini güzgü kimi parladan və ərpdən təmizləyən təbii üsul

28 İyun 2026 23:01see251

“Əl Əhli” erməni futbolçunu 25 milyona aldı

29 İyun 2026 05:32see228

Vətən müharibəsi iştirakçısı Misir Qasımlıya Ukraynada HÖKM OXUNDU VİDEO

29 İyun 2026 02:29see223

Marşrut avtobusu ilə piyadanı öldürən sürücüyə cəza verildi

29 İyun 2026 14:49see221

Ukrayna Putinin təklifinə çox ehtiyatla yanaşacaq

30 İyun 2026 09:19see215

Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub FOTOLENT

28 İyun 2026 19:20see215

Boçorişvili: Orta Dəhliz yeni bir geoiqtisadi məkandır

28 İyun 2026 22:43see214

İsraildən erməniləri sevindirən qərar Azərbaycan nə edəcək?

28 İyun 2026 22:16see192

KİV: Starmer NATO rəhbərliyinə namizəd olmağa hazırlaşır

28 İyun 2026 20:25see186

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: Rossiya 1 rəhbərliyi hara baxır? VİDEO

28 İyun 2026 23:10see186

Yüzlərlə insan ölüb ÜST rəhbərindən HƏYƏCAN TƏBİLİ

28 İyun 2026 23:21see184

Rəsmi valyuta məzənnələri 29.06.2026

29 İyun 2026 09:08see176

Polşada rekord istilər: iyun ayı üçün tarixi maksimum yenilənib

28 İyun 2026 22:52see174

Dmitri Medvedev Vahid Rusiya nın seçki siyahısına salınmadı

28 İyun 2026 23:21see170

Ankoricdə heç bir sənəd imzalanmayıb Putin

29 İyun 2026 01:44see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri