Icma.az
close
up
RU
Yaşar Seyidovdan şok açıqlama: Elə problemlər yaradırlar ki, heç şeytanın da ağlına gəlməz

Yaşar Seyidovdan şok açıqlama: Elə problemlər yaradırlar ki, heç şeytanın da ağlına gəlməz

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Ötən gün "Sabah" və "Araz-Naxçıvan"ın oyunlarını ürək ağrısı ilə izlədim. Sözün düzü, "Sabah"ın birinci oyunundan sonra cavab qarşılaşmasında daha yaxşı çıxış edəcəyinə ümid edirdim. Çox təəssüf ki, hər iki komandamız məğlub olaraq avrokuboklarda mübarizəni dayandırdı".

Sportal.az xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Yaşar Seyidov deyib.

Hazırda II Liqada mübarizə aparan "Dinamo"nun İdarə Heyətinin rəhbəri klublarımızın Konfrans Liqsında yaşadığı uğursuzluqla bağlı fikirlərini bölüşüb:

"Avrokuboklarda "Qarabağ"dan başqa klubumuzun olmaması? Bunun dəqiq səbəbini bilirəm, amma üzürlü sayın, bu barədə danışmayacam. Gizlətmirəm, düzünü deyəndə "Dinamo"ya böyük problemlər yaradırlar. İndiki məqamda susmaq daha məqsədəuyğundur. Hər kəsə hər şey məlimdur. Görünən kəndə nə bələdçi? Elə problemlər yaradırlar ki, heç şeytanın da ağlına gəlməz. Azərbaycan futboluna ömrümün yarısını vicdanla, namusla xidmət edən biri olaraq bu haqda danışmaq istəmirəm. Dövlətin ayırdığı vəsaiti sağa-sola, lazımsız legionerlərə xərcləyənlər söz sahibi olub. Onlar məsuliyyətini başa düşərək hesabat versinlər. Mən "Dinamo" üçün AFFA və FİF-dan aylıq aldığım 5-10 min manatın hesabatını 10 yerə verirəm. Bu kiçik məbləğlə Bakı və ətraf kəndlərdən uşaqları və gəncləri bir yerə yığaraq 10 komanda ilə çempionatda çıxış edirəm. Nə qədər pis vərdişlərdən uzaqlaşdırıb, sağlam tərbiyə edərək futbola gətirmişəm. Bunları sponsorsuz, heç bir kömək olmadan edirəm. Başqa komandalara 500 yüz min manat pul verilir. Bir az da danışsam, "Dinamo"nun çempionatda iştirakı sual altında olacaq".

Qeyd edək ki, "Sabah" və "Araz-Naxçıvan" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb. Bakı təmsilçisi evdə Bolqarıstanın "Levski" (Sofiya) komandasına 0:2 (ilk oyun - 0:1), Naxçıvan klubu Kiprdə "Omoniya"ya 0:5 (ilk oyun - 0:4) hesabı ilə yenilib.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://sportal.az
archiveBu xəbər 15 Avqust 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri