Icma.az
close
up
RU
Müxalifətin irəli sürdüyü iddialar şeytanın belə ağlına gəlməz Cümşüd Nuriyev

Müxalifətin irəli sürdüyü iddialar şeytanın belə ağlına gəlməz Cümşüd Nuriyev

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycan müxalifətinin səsləndirdiyi yalanlar, irəli sürdüyü iddialar şeytanın belə ağlına gəlməz".

Bunu Oxu.Az-a açıqlamasında sabiq deputat, siyasi elmlər doktoru Cümşüd Nuriyev deyib.

O bildirib ki, Azərbaycan müxalifəti əsassız və qəribə işlərlə məşğuldur:

"Radikal müxalifət olmayan hadisələri şişirdir. İddia edirdilər ki, Rusiyada milyonlarla həmvətənimiz yaşayır. Birincisi, azərbaycanlıların orada bu sayda olmasına Rusiya belə razı olmaz. Çünki onlarda şovinizm baş alıb gedir və bizə qısqanclıqla yanaşırlar. Həmçinin vətəndaşların sayı ilə bağlı statistikanı saxtalaşdırmaq Azərbaycan hökumətinin nəyinə lazımdır? Onsuz da, Qarabağ zəfərindən sonra Prezident İlham Əliyevin reytinqi kifayət qədər yüksəkdir. 200 ildən sonra torpaqlarını geri qaytaran liderin reytinqində hansı problem ola bilər? Gündəlik tələbə kontingenti ilə çalışıram və onların da dövlət başçısı ilə bağlı fikirləri yetərincə müsbətdir. Müxalifətin dedikləri gerçək olsaydı, insanlar elə onlarla razılaşardılar. Düzdür, tələbələr Qarabağ zəfərinə qədər müəyyən suallar verirdilər ki, bəzən cavablandırmaqda çətinlik çəkirdik. Amma indi belə suallar yoxdur. Hər biri Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyir. Dediyim kimi, müxalifətin mövqeyi əsassızdır".

Ekspert vurğulayıb ki, Prezident Administrasiyasının sabiq rəhbəri, dövlət hakimiyyətinə qarşı ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyev milli ruhda olan şəxsləri şərləyərək onların müqavimətini azaldıb:

"Hazırda heç bir ölkədə ideal durum yoxdur. Hamının müəyyən problemləri var, amma bunu şişirtməyə ehtiyac yoxdur. Radikal müxalifət şərləmə texnologiyasının bütün incəliklərini bilir. Onların bu kimi addımları Milli Azadlıq Hərəkatını da hörmətdən salıb. Həmçinin milli ruhda olan insanları da Ramiz Mehdiyev və komandası şərləyib, gözdən salmağa çalışırdılar.

Radikal müxalifətin siyasi, milli, iqtisadi təfəkkürü yoxdur. Onlar ancaq cəmiyyəti bölməklə məşğuldurlar. Müharibə vaxtı əsası olmayan fikirlər irəli sürdülər. Həmçinin xaricdə yaşayıb özünü müxalif adlandıranlar da ancaq söyüşlə məşğuldurlar. İqtisadi siyasət faktları sevir, müxalifət isə bundan çox uzaqdır. Məhz buna görə cəmiyyət arasında özlərinə dəstək tapa bilmirlər, hətta partiya daxilində belə parçalanma mümkündür".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 Dekabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri