Yaşı 35 i keçməsin, mütləq qadın olsun Azərbaycanda ilginc durum
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gənclərin işsizlik problemi illərdir müzakirə olunsa da, real mənzərə paradoksal görünür. Belə ki, bir tərəfdən minlərlə gənc iş tapa bilmədiyini deyir, digər tərəfdən isə kifayət qədər iş yerlərinin olduğu bildirilir. Xüsusilə rayonlarda bu problem daha qabarıq şəkildə hiss edilir. Ali təhsilli və peşə sahibi olan gənclər yaşadıqları bölgələrdə uyğun iş tapmaqda çətinlik çəkir, nəticədə ya paytaxta üz tuturlar, ya da ümumiyyətlə əmək bazarından kənarda qalırlar.
Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, işsizlik problemi ölkəmizdə artıq qlobal xarakter alıb.
“Sahibkar işçi qıtlığından şikayət edir, gənc və orta nəsil isə ya iş tapa bilməməkdən, ya da iş olduğu halda insan ləyaqətinə uyğun olmayan şərtlər təklif edən sahibkarlardan narazıdır. Problemin kökü isə tamam başqa yerdədir. Əsas səbəblərdən biri əmək münasibətlərində intizam və nəzarətin olmamasıdır. Bəzi sahibkarlar iş qıtlığından sui-istifadə edərək ağır və manipulyativ şərtlər irəli sürürlər. Qanunlara əməl edilmir və buna baxmayaraq ciddi cəza tədbirləri görülmür. Sosial şəbəkələrdə paylaşılan iş elanlarına baxın: səhər saat 9-dan axşam 9-dək iş, 15 gündə bir istirahət, ayda cəmi iki gün istirahət və 500 manat əməkhaqqı. Bu tip elanlar saysız-hesabsızdır. Bunu iqtisadçı və ya adi vətəndaş görürsə, bəs Əmək Müfəttişliyi niyə görmür? Belə hallar dərhal aşkar edilməli və yüksək cərimələr tətbiq olunmalıdır”.
Günay Hüseynova
İqtisadçı bildirib ki, əmək müqaviləsi olmadan çalışan şəxslərin sayı kifayət qədər çoxdur və bu sahədə real nəzarət mexanizmi yoxdur:
“Avropa, ABŞ və hətta qonşu Türkiyəni nümunə göstəririk. Orada hansı müfəttiş artıq iş saatına və ya istirahətsiz iş rejiminə icazə verər? Artıq iş yalnız çalışanın razılığı ilə mümkündür və bu saatlara görə əməkhaqqı 1,5-2 dəfə artıq ödənilir. Problemin digər mühüm tərəfi işçinin iş yerində söz azadlığının olmamasıdır. Bir çox hallarda işçi özünü Roma quldarlıq dövründəki kimi hiss edir. Etiraz etdikdə isə cavab hazırdır: “xoşun gəlmirsə, işləmə, işçidən çox işçi var”. Təhqir və alçaldıcı münasibət adi hala çevrilib. Bu özbaşınalıq ona görə baş verir ki, əmək müfəttişliyi kağız üzərində mövcuddur, real nəzarət isə yoxdur. Əgər vətəndaş bilsə ki, onun arxasında dövlət qurumu dayanır, müəssisələr mütəmadi yoxlanılır və işçi məmnunluğu sorğulanır, bu hallar yaşanmaz”.
G.Hüseynova iş elanlarında irəli sürülən qeyri-real və diskriminativ tələblərə də diqqət çəkib:
“35 yaşdan yuxarı olmasın”, “Mütləq qadın işçi olsun” və sair kimi tələblər qoyulur. Bəs ölkədə 35 yaşdan yuxarı olanlar necə dolanmalıdır? Özəl sahibkarlıq inkişaf etməlidir deyə qanunsuzluqlara göz yummaq olarmı? Digər problem isə qohumbazlıq və tanışlıq prinsipidir. Kiminsə tanışı yoxdursa, deməli işsiz qalmalıdır? Üstəlik, təcrübəli işçi axtarıb, ona “qul maaşı” təklif etmək hansı məntiqə sığır? Amma məsuliyyəti yalnız sahibkarların üzərinə yükləmək düzgün olmaz. Sosial yardımların bəzən insanları tənbəlləşdirdiyini də etiraf etməliyik. Əgər uyğun real iş yoxdursa, yardım verilməlidir. Amma “işləmirəm, onsuz da havayı puldur, əlavə iş olanda gedərəm, dövlətin də xəbəri olmaz” prinsipi aradan qaldırılmalıdır”,
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 31 Dekabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















