Icma.az
close
up
RU
Azərbaycanda yaşı 70 i keçən vəzifəlilər SİYAHI

Azərbaycanda yaşı 70 i keçən vəzifəlilər SİYAHI

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda dövlət idarəçiliyində uzun illərdir təcrübə və peşəkarlığı ilə tanınan şəxslər bu gün də müxtəlif yüksək vəzifələrdə fəaliyyətlərini davam etdirirlər. Bəzi hallarda pensiya yaşını keçmiş bu şəxslər dövlətin müxtəlif sahələrində – parlamentdən elmə, universitetlərdən icra hakimiyyətlərinə qədər önəmli mövqeləri qoruyurlar. 

Sfera.az 1 iyul 2025-ci il tarixinə olan məlumatlara əsasən, Azərbaycanda vəzifədə olan və yaşı 70-i keçən şəxslərlə bağlı geniş araşdırma aparıb. Siyahı həm yaş, həm vəzifə, həm də onların keçdiyi dövlət yolu baxımından təqdim olunur.


Prezident Administrasiyası və Nazirlər Kabinetində yaşlı liderlər:

Yaqub Eyyubov (80 yaş) – Baş nazirin birinci müavini. 2003-cü ildən bu vəzifədə çalışır. İqtisadi sahədə ixtisaslaşıb.

Əhməd Əhmədzadə (80 yaş) - Azərbaycan Respublikasının Baş nazirinin köməkçisi 4 oktyabr 2024-cü il tarixindən bu vəzifədədir.

Tələt Məcidov (80 yaş) – 2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiridir.

Ramil Usubov (77 yaş) – sabiq daxili işlər naziri, 2019-cu ildən Prezident yanında Təhlükəsizlik Şurasının katibidir.

Bəylər Eyyubov (74 yaş) – Bu ildən Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi, əvvəllər Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində çalışıb.

Əsgər Rəsulov (71 yaş) -  2018-ci ildən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisidir.

Azərbaycan parlamentində yaşlı nəslin təmsilçiləri fəallıqlarını davam etdirirlər. 2025-ci il üçün Milli Məclisdə 70 yaşını keçmiş 19-a yaxın deputat yer alır:

Ziyad Səmədzadə (84 yaş) – iqtisadiyyat elmləri doktoru, uzun illərdir Milli Məclisin deputatıdır.

Eldar İbrahimov (79 yaş) – parlamentin təcrübəli üzvü, bir neçə çağırış deputat seçilib.

Polad Bülbüloğlu (79 yaş) – tanınmış sənətkar, hazırda Azərbaycanın Rusiya səfiri olsa da, deputat statusunu daşıyır.

Əhliman Əmiraslanov (təqribən 77 yaş) – onkoloq, akademik, elm və səhiyyə sahəsinin tanınmış siması.

Əli Əhmədov (72) - Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin 1-ci müavini, fəlsəfə elmlər namizədi, dosent.

Digər 70+ yaşlı deputatlar: Tahir Rzayev (75), Elman Məmmədov (75), Rasim Musabəyov (74), Cavanşir Paşazadə (72), Eldar Quliyev (74), Fəzail İbrahimli (74), Səyyad Salahlı (73),  Asim Mollazadə (72), Aqil Abbas (72), Mübariz Qurbanlı (71), Sabir Hacıyev (71) və Rafael Hüseynov (71).

Elmi və akademik dairələr:

İsa Həbibbəyli (76 yaş) – 2022-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti. Azərbaycan Respublikasının Milli Məclisinin III, IV, V və VI çağırışlarının deputatı.

Gülçöhrə Məmmədova (72 yaş) – 2000-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorudur. Memarlıq sahəsində ilk qadın akademiklərdəndir. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Məleykə Abbaszadə (72 yaş) – Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri.

Bəzi rayonların icra başçıları da yaş həddi baxımından siyahıya daxildir:


Mübariz Əhmədzadə (78 yaş) – 2009-cu ildən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısıdır.

Bayram Səfərov (74 yaş) - 2009-cu ildən Şuşa Rayon İcra Hakimiyyətinin başçısıdır.

Rafil Hüseynov (72 yaş) -  2019-cu ildən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısıdır.

Şahmar Usubov (72 yaş) – 2000-ci ildən Xocalı Rayonu İcra Hakimiyyətinin başçısıdır.

Novruz Novruzov (71 yaş) – 2019-cu ildən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısıdır.

Zakir Fərəcov (71 yaş) -  Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı 1 sentyabr 2015-ci il tarixindən bu vəzifədədir.

Azərbaycanda yaşlı dövlət məmurlarının dövlət idarəçiliyindəki iştirakı həm müsbət, həm də bəzən ictimai debatlara səbəb olan bir haldır. Təcrübəli kadrlar uzunmüddətli idarəetmə təcrübəsi və sabitlik gətirsə də, yeni nəslin önə çıxması çağırışları da gündəmdə qalır.

Statistikaya əsasən, ən çox 70 yaşdan yuxarı şəxslər parlament və elmi dairələrdə təmsil olunur. Bu, həm təcrübə kapitalının qorunması, həm də dövlət sistemində peşəkarların yerinin hələ də önəmli olmasının göstəricisidir.

Firuzə Əliyeva
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:358
embedMənbə:https://sfera.az
archiveBu xəbər 01 İyul 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri