Icma.az
close
up
RU
Yaşıl çayın qaraciyərə gözlənilməz təsiri: Həkimlər nə deyir?

Yaşıl çayın qaraciyərə gözlənilməz təsiri: Həkimlər nə deyir?

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyada milyonlarla insan hər gün yaşıl çay içir. Lakin onların çoxu bu içkinin orqanizmə çoxşaxəli təsiri barədə düşünmür. 

Qaynarinfo-nun məlumatına görə, "Health" jurnalının ekspertlərinin keçirdiyi sorğu göstərib ki, insanların yalnız az bir hissəsi yaşıl çayın qaraciyər üçün faydası ilə maraqlanır. Halbuki, bu orqan yaşıl çayın təsirindən ən çox fayda əldə edə bilən orqanlardan biridir.

Müasir elmi araşdırmalar yaşıl çayın qaraciyər sağlamlığına necə təsir göstərdiyini daha yaxından anlamağa imkan verir.

Yaşıl çay qaraciyər üçün niyə faydalıdır?

Yaşıl çayın əsas üstünlüklərindən biri onun antioksidantlarla, xüsusilə katexinlər və EGCG (epiqallokatexin qallat) maddəsi ilə zəngin olmasıdır. "MDPI" İnstitutunun araşdırmasına əsasən, bu maddələr qaraciyər hüceyrələrini oksidləşdirici stressdən qorumağa kömək edir. Oksidləşdirici stress iltihabın və bəzi xroniki xəstəliklərin inkişafına səbəb ola bilən amillərdən hesab olunur.

Yaşıl çayın digər mühüm təsiri yağ mübadiləsi ilə bağlıdır. Qaraciyər orqanizmdə yağların emalı və paylanmasına cavabdehdir, katexinlər isə bu prosesi yaxşılaşdıra bilər. Nəticədə qaraciyərdə yağ toplanması riski azalır ki, bu da xüsusilə piylənmiş qaraciyər (yağlı hepatoz) diaqnozu qoyulan insanlar üçün əhəmiyyətlidir.

Bundan əlavə, "Frontiers" jurnalında dərc olunmuş araşdırmaya görə, yaşıl çayın müntəzəm istehlakı ALT və AST qaraciyər fermentlərinin səviyyəsinin azalması ilə əlaqələndirilir. Bu göstəricilərin yüksəlməsi adətən qaraciyərdə iltihab və ya zədələnmənin əlaməti hesab olunur.

Yaşıl çayın mümkün riskləri

Faydalarına baxmayaraq, yaşıl çayın həddindən artıq istehlakı tövsiyə edilmir. Tərkibindəki kofein səbəbindən çox miqdarda qəbul edildikdə yuxusuzluq, ürək döyüntüsünün sürətlənməsi və baş ağrısı yarana bilər.

"KJFM" jurnalında dərc olunan araşdırmaya görə, yaşıl çay qida ilə birlikdə qəbul edildikdə dəmirin mənimsənilməsini azalda və bəzi dərmanlarla qarşılıqlı təsirə girə bilər. Bundan başqa, yüksək konsentrasiyalı yaşıl çay ekstraktı tərkibli qida əlavələri bəzi hallarda qaraciyərə zərər verə bilər.

Mütəxəssislər vurğulayırlar ki, qaraciyərin sağlamlığını qorumaq üçün yalnız yaşıl çay içmək kifayət deyil. Sağlam qidalanmaq, şəkər və alkoqol qəbulunu məhdudlaşdırmaq, normal bədən çəkisini saxlamaq və müntəzəm fiziki aktivlik də mühüm rol oynayır.

Nəticə etibarilə, yaşıl çay gündəlik rasionda orta miqdarda istifadə edildikdə qaraciyər sağlamlığı üçün faydalı ola bilər. Lakin o, xəstəlikləri müalicə etmir və yalnız sağlam həyat tərzinin bir hissəsi kimi daha effektiv nəticə verir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 İyul 2026 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri