Icma.az
close
up
RU
“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Daşkənddə ağacəkmə aksiyası keçirilib

“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Daşkənddə ağacəkmə aksiyası keçirilib

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM)  Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə birgə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə bağlı COP29-a həsr edilmiş ağacəkmə aksiyası keçirib. 

Tədbirdə AMM-nin əməkdaşları, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvləri, universitetin professor-müəllim heyəti, tələbələr iştirak edib. 

Universitetin birinci prorektoru Vahobjon Rajapov Bakıda keçirilən COP29 haqqında məlumat verərək bu mühüm tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Özbəkistan Ali Məclis Senatının sədri Tənzilə Narbayeva və digər şəxslərin də iştirak etdiyini, Özbəkistan nümayəndə heyətinin COP29 çərçivəsində müxtəlif görüşlər keçirdiyini vurğulayıb. O deyib ki, Azərbaycanda keçirilən bu mötəbər tədbirdə qaldırılmış iqlim və ekoloji problemlər Özbəkistan üçün də olduqca aktualdır və bu məsələlərin həlli ilə bağlı Özbəkistan dövləti tərəfindən müvafiq addımlar atılır, proqramlar həyata keçirilir. 

AMM-nin direktor müavini Nadir Əlimirzəyev bu il Azərbaycanda keçirilən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlər haqqında məlumat verib. Azərbaycan-Özbəkistan münasibətləri haqqında danışan N. Əlimirzəyev deyib ki, Özbəkistan işğaldan azad olunmuş torpaqlarımızda gedən quruculuq işlərində çox yaxından iştirak edir. Özbəkistan Prezidentinin COP29 çərçivəsində Azərbaycana səfəri zamanı Xankəndi şəhərində Özbəkistan dövləti tərəfindən yaradılmış tikiş fabrikinin videobağlantı vasitəsilə açılması görülən işlərin məntiqi davamıdır. İqlim dəyişikliyi və ekoloji problemlərdən əziyyət çəkən ölkələr arasında Özbəkistanın da olduğunu qeyd edən N.Əlimirzəyev təbiətin qorunması və bərpasının vacib addım olduğunu vurğulayaraq bugünki aksiyanın universitetdə tələbələrin iştirakı ilə həyata keçirilməsində məqsədin gənclərə təbiətə sevgini aşılamaq, ekologiyanın qorunması və bərpasında onların yaxından iştirak etmələrini təmin etməkdir. Aksiyanın məhz COP29 tədbirinin təşkil edildiyi tarixdə həyat keçirilməsinin xüsusi önəm daşıdığını vurğulayan N.Əlimirzəyev bununla bir daha özbək cəmiyyətinin diqqətini ölkəmizdə baş tutan bu mötəbər tədbirə və qlobal ekoloji problemlərə yönəltmək olduğunu qeyd edib.    

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə baş tutan bu ağacəkmə aksiyasına yüksək qiymət verib. O bildirib ki, bu kimi tədbirlər gənc nəslin ətraf mühiti qoruması, təbiəti sevməsi istiqamətində mühüm addımlardan biridir. 

Tədbir çərçivəsində ekoloji fəsadlardan irəli gələn iqlim dəyişikliklərini əks etdirən fotolardan ibarət sərgi də nümayiş olunub.

Sonra mərkəzin əməkdaşları, universitetin professor-müəllim heyəti və tələbələr ağacəkmə aksiyasında iştirak ediblər. 

Qulu Kəngərli 

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri