Icma.az
close
up
RU
Daşkənddə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29a həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Daşkənddə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29a həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə birlikdə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-a həsr edilmiş ağacəkmə aksiyası keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvləri, universitetin professor-müəllim heyəti, tələbələr iştirak edib.
Sözügedən universitetin birinci prorektoru Vahobjon Rajapov Bakıda keçirilən COP29 haqqında məlumat verərək bu mühüm tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Özbəkistan Ali Məclis Senatının sədri Tənzilə Narbayeva və digər şəxslərin də iştirak etdiyini, Özbəkistan nümayəndə heyətinin COP29 çərçivəsində keçirilən müxtəlif görüşlər keçirdiyini vurğulayıb. O deyib ki, Azərbaycanda keçirilən bu mötəbər tədbirdə qaldırılmış iqlim və ekoloji problemlər Özbəkistan üçün də olduqca aktualdır və bu məsələlərin həlli ilə bağlı Özbəkistan dövləti tərəfindən müvafiq addımlar atılır, proqramlar həyata keçirilir.

Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev bu il Azərbaycanda keçirilən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlər haqqında məlumat verib. Azərbaycan-Özbəkistan münasibətləri haqqında danışan N. Əlimirzəyev deyib ki, Özbəkistan işğaldan azad olunmuş torpaqlarımızda gedən quruculuq işlərində çox yaxından iştirak edir. Özbəkistan Prezidentinin COP29 çərçivəsində Azərbaycana səfəri zamanı Xankəndi şəhərində Özbəkistan dövləti tərəfindən yaradılmış tikiş fabrikinin videobağlantı vasitəsilə açılışı bu görülən işlərin məntiqi davamıdır. İqlim dəyişikliyi və ekoloji problemlərdən əziyyət çəkən ölkələr arasında Özbəkistanın da olduğunu qeyd edən N.Əlimirzəyev təbiətin qorunması və bərpasının vacib addım olduğunu vurğulayaraq bugünki aksiyanın ali tədris ocağında tələbələrin iştirakı ilə həyata keçirilməsində məqsədin gənclər arasında təbiətə sevgini aşılamaq, ekologiyanın qorunması və bərpasında onların yaxından iştirak etmələrini təmin etməkdir. Sözügedən aksiyanın məhz COP29 tədbirinin təşkil edildiyi tarixlərdə həyat keçirilməsinin xüsusi önəm daşıdığını vurğulayan N.Əlimirzəyev bununla bir daha özbək cəmiyyətinin diqqətini ölkəmizdə baş tutan bu mötəbər tədbirə və qlobal ekoloji problemlərə yönəltmək olduğunu qeyd edib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə baş tutan bu ağacəkmə aksiyasına yüksək qiymət verib. O bildirib ki, bu kimi tədbirlər gənc nəslin ətraf mühitin qorunması, təbiəti sevməsi istiqamətində mühüm addımlardan biridir.
Tədbir çərçivəsində ekoloji fəsadlardan irəli gələn iqlim dəyişikliklərini əks etdirən fotolardan ibarət sərgi də nümayiş etdirilib.
Sonra mərkəzin əməkdaşları, universitetin professor-müəllim heyəti və tələbələr
ağacəkmə aksiyasında iştirak ediblər.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 Noyabr 2024 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri