Icma.az
close
up
RU
Yaşıl dünya üçün bilginin gücü: kitablardan gələcəyə yol dəyirmi masa

Yaşıl dünya üçün bilginin gücü: kitablardan gələcəyə yol dəyirmi masa

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Yaşıl dünya naminə həmrəylik ili”nin yekununa dair “Yaşıl dünya üçün bilginin gücü: kitablardan gələcəyə yol” adlı dəyirmi masa keçirilib.

SİA-nın məlumatına görə, Mərkəzi Elmi Kitabxanasından bildirilib ki, iclasda direktor Hüseyn Hüseynov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mərkəzi Elmi Kitabxanada həyata keçirilən çoxsaylı tədbirlərdən, o cümlədən elmi-praktik konfranslardan, virtual və ənənəvi sərgilərdən danışıb. Direktor MEK-in tərtibatında “Təbiət bir kitabdır” adlı nəşrini, “Azərbaycan ekologiyası” biblioqrafik göstəricisini tədqiqatçılar üçün mühüm töhfə kimi dəyərləndirən direktor bu sahədə bir sıra yeni layihələrin planlaşdırıldığını da diqqətə çatdırıb.

Daha sonra dosent Müseyib Yunusov “Yaşıl dünyanı qoruya biləcəyikmi?” adlı geniş məruzə ilə çıxış edib. Alim yaşıl dünya, yaşıl iqtisadiyyat, yaşıl enerji, yaşıl zona, yaşıl nəqliyyatın aktuallığından, bu sahədə aparılan elmi tədqiqatlardan danışıb. Qarabağın yaşıl enerji resurslarının potensialını da diqqətə çatdıran məruzəçi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işğal dövründə yaranmış ekoloji problemlərdən, meşələrin, dövlət qoruqları və yasaqlıqların sistematik məhvindən, zonanın faydalı qazıntılarının açıq üsulla çıxarılması nəticəsində yeni relyef formaları, süxur tullantıları yaranması ilə təbiətə vurulmuş ziyandan bəhs edib. Alim, həmçinin işğaldan azad olunmuş regionlarda təkcə hidroenerji deyil, eləcə də tükənməyən və bərpaolunan enerji potensialından istifadənin perspektivlərini qeyd edib.

Digər çıxış edənlər dünyada təbii resursların azalması səbəbindən artan ekoloji təhlükələr və ekoloji davamlılıq sahəsində görülən tədbirlərin kitabxanalara təsirindən danışıblar, ətraf mühitə qarşı həssaslığı istiqamətində MEK-in təbliği vəzifəsini vurğulayıblar.

Sonda tədbir iştirakçıları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MEK-də ilboyu davam edən eyniadlı sərgiyə baxış keçiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Dekabr 2024 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri