Icma.az
close
up
RU
Yaşıl dünya üçün bilginin gücü: kitablardan gələcəyə yol dəyirmi masa AZƏRTAC

Yaşıl dünya üçün bilginin gücü: kitablardan gələcəyə yol dəyirmi masa AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 3 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Yaşıl dünya naminə həmrəylik ili”nin yekununa dair “Yaşıl dünya üçün bilginin gücü: kitablardan gələcəyə yol” adlı dəyirmi masa keçirilib.

MEK-dən AZƏRTAC-a bildirilib ki, iclasda direktor Hüseyn Hüseynov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mərkəzi Elmi Kitabxanada həyata keçirilən çoxsaylı tədbirlərdən, o cümlədən elmi-praktik konfranslardan, virtual və ənənəvi sərgilərdən danışıb. Direktor MEK-in tərtibatında “Təbiət bir kitabdır” adlı nəşrini, “Azərbaycan ekologiyası” biblioqrafik göstəricisini tədqiqatçılar üçün mühüm töhfə kimi dəyərləndirən direktor bu sahədə bir sıra yeni layihələrin planlaşdırıldığını da diqqətə çatdırıb.

Daha sonra dosent Müseyib Yunusov “Yaşıl dünyanı qoruya biləcəyikmi?” adlı geniş məruzə ilə çıxış edib. Alim yaşıl dünya, yaşıl iqtisadiyyat, yaşıl enerji, yaşıl zona, yaşıl nəqliyyatın aktuallığından, bu sahədə aparılan elmi tədqiqatlardan danışıb. Qarabağın yaşıl enerji resurslarının potensialını da diqqətə çatdıran məruzəçi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işğal dövründə yaranmış ekoloji problemlərdən, meşələrin, dövlət qoruqları və yasaqlıqların sistematik məhvindən, zonanın faydalı qazıntılarının açıq üsulla çıxarılması nəticəsində yeni relyef formaları, süxur tullantıları yaranması ilə təbiətə vurulmuş ziyandan bəhs edib. Alim, həmçinin işğaldan azad olunmuş regionlarda təkcə hidroenerji deyil, eləcə də tükənməyən və bərpaolunan enerji potensialından istifadənin perspektivlərini qeyd edib.

Digər çıxış edənlər dünyada təbii resursların azalması səbəbindən artan ekoloji təhlükələr və ekoloji davamlılıq sahəsində görülən tədbirlərin kitabxanalara təsirindən danışıblar, ətraf mühitə qarşı həssaslığı istiqamətində MEK-in təbliği vəzifəsini vurğulayıblar.

Sonda tədbir iştirakçıları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MEK-də ilboyu davam edən eyniadlı sərgiyə baxış keçiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see245

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see178

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see173

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see155

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see139

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see128

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see127

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri