Icma.az
close
up
RU
Yaşıl Enerji Dəhlizi üzrə Bakı anlaşması

Yaşıl Enerji Dəhlizi üzrə Bakı anlaşması

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

4 ölkə mənbəyi Azərbaycan olan təmiz enerji marşrutunun əsasını qoydu

Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət şuraları çərçivəsində “Azərbaycan – Gürcüstan – Türkiyə – Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə nazirlərin 2-ci iclası keçirilib.

İclasda Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Gürcüstanı iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze, Türkiyəni energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Bolqarıstanı isə energetika naziri Jeço Stankov təmsil ediblər. Görüşdə enerji təhlükəsizliyinin təmin olunmasında regionlararası “yaşıl” enerji infrastrukturunun qurulmasının vacibliyi və Azərbaycanın zəngin bərpaolunan enerji resurslarının nəqli sahəsində geniş əməkdaşlığı təşviq edən layihələrin rolu vurğulanıb. Yeni yaşıl interkonnektorun əhəmiyyəti və layihənin həyata keçirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib.

Daha sonra “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstan Respublikasının Energetika Nazirliyi arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Mərasimdə çıxış edən energetika naziri Pərviz Şahbazov deyib ki, bu sənədi imzalamaqla mənbəyi Azərbaycan olan daha bir “yaşıl enerji dəhlizi”nin yaradılmasına başladığımızı elan edirik. Nazir qeyd edib ki, Azərbaycanın zəngin “yaşıl” enerji potensialı, iddialı layihələri, enerji ixracı infrastrukturunun yaradılması və ölkələrimiz arasında enerji təchizatı üzrə əməkdaşlıq təcrübəsi bu dördtərəfli təşəbbüsün gələcək uğuru üçün möhkəm təməl yaradır: “Yaşıl interkonnektorlar vasitəsilə bərpaolunan enerji resurslarının ötürülməsi və ticarəti sahəsində irəliləyişlər əldə edərək 4 ölkə arasında enerji inteqrasiyasını gücləndirəcək və regional enerji təhlükəsizliyinə yeni töhfə verəcəyik.”

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze çıxışında 4 ölkə arasında imzalanmış Anlaşma Memorandumunun transsərhəd elektrik infrastrukturu sahəsində əməkdaşlığın genişləndirilməsi üçün zəmin yaratdığını diqqətə çatdırıb. O, birgə səylər nəticəsində ölkələrimizin enerji təhlükəsizliyini yaxşılaşdırmaq, bərpaolunan enerjidən istifadəni artırmaq və növbəti nəsillər üçün daha təmiz və davamlı gələcək yaratmaq istiqamətlərində əhəmiyyətli irəliləyişlər əldə edildiyini bildirib.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar transsərhəd elektrik enerjisi birləşmələrinin texniki, iqtisadi və strateji cəhətdən çox vacib olduğunu xatırladaraq bu təşəbbüsün regionumuza enerji təhlükəsizliyinin artırılmasından infrastrukturun daha səmərəli istifadəsinə, eləcə də iqtisadi faydadan dayanıqlılığa kimi bir sıra strateji faydalar gətirəcəyini söyləyib.

Bolqarıstanın energetika naziri Jeço Stankov isə çıxışında enerji sektorunun transformasiyası etibarlı, təmiz və əlverişli enerji təchizatı tələb edən iqtisadi dəyişikliklərin bir hissəsi olduğunu vurğulayaraq daha güclü və etibarlı əməkdaşlıq və tərəfdaşlıqlara əsaslanan həllərin tapılmasının vacibliyini diqqətə çatdırıb. Bu baxımdan o, Memorandumun imzalanması ilə bu istiqamətdə atılmış böyük addım kimi xarakterizə edib.

Xatırladaq ki, sənəd 4 ölkə arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti potensialının artırılması məqsədilə birgə investisiya layihələrinin hazırlanması, elektrik enerjisi infrastrukturunun inkişafı, o cümlədən ENTSO-E sisteminə inteqrasiya prosesi üzrə əməkdaşlığı ehtiva edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 01:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri