Icma.az
close
up
RU
Azərbaycandan Britaniyaya “yaşıl enerji” dəhlizi

Azərbaycandan Britaniyaya “yaşıl enerji” dəhlizi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

“Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” Böyük Britaniya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb. Energetika Nazirliyindən bildirilib ki, Anlaşma Memorandumu energetika naziri Pərviz Şahbazovla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld arasında keçirilən görüşdə imzalanıb.

Görüşdə “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) və Böyük Britaniyanın “Xlinks” şirkəti də təmsil olunub. Memorandumu GECO şirkətinin icraçı direktoru Fərhad Məmmədov və “Xlinks” şirkətinin icraçı direktoru Ceyms Hamfrey imzalayıblar.

Sənəd iki şirkət arasında sualtı kabel layihələri və əlaqədar infrastruktur sahəsində əməkdaşlıq imkanlarının araşdırılması, məlumat mübadiləsi, texniki qiymətləndirmələrin aparılması kimi məsələləri ehtiva edir. Memorandum hüquqi öhdəlik yaratmır və hazırda GECO “Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırması mərhələsindən sonrakı dövr üzrə potensial tərəfdaşlarla danışıqlar aparır.

Azərbaycanla Birləşmiş Krallıq arasında enerji əməkdaşlığının inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Uzunmüddətli enerji tərəfdaşlığının “yaşıl enerji”, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və innovasiyaların tətbiqi üzrə genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, GECO “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi Sazişi”nin icrası məqsədilə dörd ölkənin təmsil olunduğu Birgə Müəssisədir. “Xlinks” şirkəti isə irimiqyaslı bərpa olunan enerji və uzaq məsafəli ötürmə xətləri layihələri üzrə ixtisaslaşmış Böyük Britaniya şirkətidir. Şirkətin texniki heyəti Böyük Britaniya-Norveç arasında 720 km uzunluğunda və 1.4 QVt ötürmə gücü olan “North Sea Link” (Şimal Dənizi Linki) və Böyük Britaniya-Danimarka arasında 765 km uzunluğunda və 1.4 QVt ötürmə gücü olan “Viking Link” (Vikinq Linki) interkonnektorlarının inşasında təcrübəyə malikdir.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Dekabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri