Icma.az
close
up
RU
“Yaşıl enerji” istehsalında rekord göstərici

“Yaşıl enerji” istehsalında rekord göstərici

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkə üzrə ümumi enerji istehsalında bərpaolunan güclərin payı 16 faizə çatıb

2025-ci ilin birinci yarısında Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə rekord göstərici qeydə alınıb, “yaşıl enerji” güclərinin istehsalı 15 faizə yaxın artaraq 2 milyard 330,1 mln. kVt.saata çatıb. Bu, son illərin ən yüksək göstəricisi olmaqla bərpasolunan enerji resurslarının ümumi enerji balansında payının sürətlə artdığını təsdiqləyir. Belə ki, 2 il əvvələ qədər respublika üzrə ümumi enerji balansında “yaşıl güclərin” cəmi çəkisi 10 faizi ötmürdü, hazırda bu rəqəm 16 faizə bərabərdir. Bütövlükdə, hazırda ölkəmizdə elektrik enerjisinin istehsal potensialı 13,8  milyard kVt.st təşkil edir ki, onun da təxminən altıda biri bərpaolunan enerji gücləridir.

“Yaşıl enerji” portfelinin tərkibində  su elektrik stansiyaları (SES) əsas paya malikdir, bu sahədən 1 milyard 860 milyon kVt.st enerji hasil olunub. Digər mənbələr üzrə günəş enerjisi ötən 6 ayda daha rekord nəticə nümayiş etdirib, bu enerji bloklarından istehsalın səviyyəsi 3.5 dəfə artaraq 314.6 mln. kVt.st olub. Külək elektrik stansiyalarında isə enerji potensialı 21 milyon kVt.st təşkil edib. Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 134,5 milyon kVt.st elektrik enerjisi istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən 297,2 milyon kVt.st daha çox enerji istehsal olunub.

Bu göstəricilər Azərbaycanın “yaşıl enerji” strategiyasının gözlənildiyindən də uğurla həyata keçirilməsindən xəbər verir, “yaşıl güclərin” ümumi enerji istehsalında payının durmadan artdığını şərtləndirir. Bu, bir daha Azərbaycanda bərpa olunan enerji növlərinin hər birində dayanıqlı artımın baş verdiyini göstərir və yaxın 5 il ərzində “yaşıl enerji” gücünün cəmi enerji istehsalında 25 faizi ötəcəyini əsaslandırır.

2030-cu ilin hədəfi - 30 faizlik “yaşıl enerji” istehsalı

Hökumətin ssenarilərinə əsasən, 2030-cu ilə qədər elektrik enerjisində bərpaolunan enerjinin payı 30 faizə çatdırılmalıdır. Proqnozlar isə yaxın 5-6 ildə bərpa olunan enerji istehsalının təxminən 5 milyard Kvt-st-a çatacağını fərz edir ki, bu da cəmi enerji hasilatının təxminən 34 faizi deməkdir. Yəni, Azərbaycan daha optipist ssenari üzrə “yaşıl enerji” gücünü artırmaqla bölgədə yeni enerji arxitekturasını da möhkəmləndirir.

Azərbaycanın “yaşıl enerji” potensialı qiymətləndirmələrə əsasən, quruda 135 QVt, dənizdə 157 QVt proqnozlaşdırılır.Təkcə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin gücü 7200 MVt-dan artıq qiymətləndirilir. Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Hidroenerji ehtiyatlarına görə Tərtərçay, Həkəri çayı və bu çayların qolları əsas resurs mənbələri hesab olunur. İndiyə qədər bu ərazilərdə 10 ədəd kiçik su elektrik stansiyası inşa edilərək istifadəyə verilib, digər hidrogen infrastrukturlarının yaradılması işləri davam etdirilir. Ümumilikdə, 2 il ərzində Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal edəcək su elektrik stansiyalarının tikintisinin başa çatdırılması nəzərdə tutulub. Bu isə bu bölgədə bərpa olunan təmiz enerjinin gücünün 1 QVt-ı ötməsinə səbəb olacaq.

Xarici investorların “yaşıl sərmayələri”

Azərbaycan hökuməti “yaşıl enerji” sektorunda istehsalın artırılması üçün beynəlxalq koalisiya ilə sıx əməkdaşlıq qurub və son 2 ildə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə  bərpaolunan enerji istehsalına dair müqavilələr imzalanıb. Ümumilikdə, Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Bundan başqa, Azərbaycanda Dünya Bankı (DB) , Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) , Asiya İnkişaf Bankı (AİB) kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirilir. AYİB 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının inşasına kreditlər ayıracaq. 2 ay əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə maliyyə tutumu 1 milyard dollar olan müqavilələrin imzalanması isə “yaşıl enerji” hərəkatında yeni dalğanın başlanğıcı sayıla bilər. Bu, yeni enerji sərmayələrinin açar sazişi kimi digər çoxhəcmli investisiyalar üçün əsaslı zəmin demıəkdir. Həmin sərmayə proqramının davamı kimi digər potensial investorlarla daha iritutumlu “yaşıl sərmayələr”in qoyuluşuna dair ilkin razılaşmalar da əldə edilib. Məsələn, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti qarşıdakı illərdə ölkəmizin yaşıl güclərinə 5 milyard dollara yaxın investisiya yatırmaq niyyətini bəyan edib.

“Xəzər Yaşıl Enerji Dəhlizi”

Azərbaycanda “yaşıl enerji” istehsalının əhəmiyyətli dərəcədə artması bu enerji resurslarının nəqli üçün də dayanıqlı mənbə formalaşdırır. “Yaşıl enerji” siyasətinin əsas istiqamətlərindən biri kimi yaxın illərdə ixracın şaxələndirilməsi də əsas prioritetdir. Həmin istiqamət üzrə fundamental hüquqi baza yaradılıb, hazırda yaşıl infrastrukturların qurulması işləri sürətlə icra olunur. 3 ay əvvəl Bakıda keçirilən Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclasında ən mühüm razılaşmalardan biri bərpaolunan enerji mənbələrinin tədarükündə iştirakçı ölkələrin yeni investisiya planlarında ortaq mövqe nümayiş etdirilməsi oldu. “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Qazaxıstan Respublikasının Energetika Nazirliyi, Özbəkistan Respublikasının Energetika Nazirliyi ilə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında Anlaşma Memorandumu”nun imzalanması “yaşıl enerji” dəhlizinin gerçəkləşməsi istiqamətində hüquqi-iqtisadi və sərmayə zəmanətinin həllini təmin etmiş oldu. Memorandum Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) birinci mərhələsinin həyata keçirilməsinə start verilməsi deməkdir.

Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində imzalanan digər strateji sənəd “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə memorandumdur. Bu sənəd də “yaşıl enerji” proqramı üzrə tərəfdaş ölkələri bir araya gətirir və “yaşıl koalisiyanı” birləşdirir. Daha doğrusu, Özbəkistan və Qazaxıstanla imzalanmış sazişi iqtisadi və hüquqi baxımdan tamamlayır və bölgədəki bütün yaşıl interkonnektorları əlaqələndirir. Sazişə əsasən, 4 ölkə (Azərbaycan,Gürcüstan, Türkiyə və Bolqarıstan) regionlararası trans-sərhəd “yaşıl enerji” infrastrukturunun birləşdirilməsi istiqamətində zəruri addımlar atacaq.

Beləliklə, Bakıda imzalanan hər iki memorandum 3+4 formatını yaradır və 7 ölkənin yeni enerji strategiyasını əks etdirməklə əsas ana hədəfi - “Qara dəniz kabeli” adlanan “Xəzər Yaşıl Enerji Dəhlizi”nin başa çatdırılmasını təmin edəcək.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Avqust 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri