Icma.az
close
up
RU
Yaşıl enerji ixracatçısı

Yaşıl enerji ixracatçısı

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın zəngin bərpaolunan enerji resurslarına malik olması yeni əməkdaşlıq formatlarının yaradılmasına, investisiyaların artırılmasına geniş imkanlar açır. Enerjiyə olan tələbatını yüksək səviyyədə ödəyən Azərbaycan yeni layihələrin uğurla həyata keçirilməsi nəticəsində etibarlı və arzuolunan tərəfdaş imicinə yeni-yeni əlavələr etməklə dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi davamlı töhfələri ilə diqqətdədir. Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında keçirilən Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyev mərasimdəki çıxışında bildirdi ki, bu gün ölkəmizin həyatında əlamətdar bir gündür. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsini qeyd edirik. Bu, çox önəmli hadisədir. Ölkəmizin enerji potensialını gücləndirəcək stansiya bu gün artıq fəaliyyətə başlayır. Əminəm ki, 240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcəkdir. O da qeyd edildi ki, bütövlükdə energetika sahəsində gedən proseslərə nəzər saldıqda görürük ki, bu gün bəlkə də enerji təhlükəsizliyi məsələləri daha qabarıq şəkildə ortaya çıxır. Biz uzun illərdir bu istiqamətdə fəaliyyət göstəririk. Bizim neft ixracımız, qaz ixracımız, neft məhsullarının ixracı, elektrik enerjisinin ixracı, neft-kimya məhsullarının, gübrələrin ixracı bu gün bir çox ölkələr üçün, onların enerji təhlükəsizliyini təmin etmək üçün imkan yaradır. Azərbaycan burada çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü göstərir, dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanmışdır.

"ACWA Power" şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan çıxışında dövlət başçısı İlham Əliyevə bu müraciəti etdi ki, sizin qarşınızda çıxış etməkdən böyük şərəf və sevinc hissi duyuram. Olduqca mühüm bir layihədə iştirak edirik. Bu layihə Sizin rəhbərliyinizlə həyata keçirildi: “Cənab Prezident, Azərbaycan çox xoşbəxtdir ki, Sizin kimi rəhbəri var. Uzaqgörənliyi ilə seçilən şəxs kimi Siz islahatların necə aparılmasında, inkişafın necə təmin edilməsində, insanların, vətəndaşların həyatının yaxşılaşdırılmasında ən yaxşı nümunəsiniz. Bunlarla ölkəniz çox böyük nailiyyətlərə imza atmışdır. Onlar çox yüksəksəviyyəli nəticələrdir və məhz yaşıl enerji də bu istiqamətdə inkişaf etmişdir. Bu gün biz artıq başa çatdırılmış işi qeyd edirik və yaşıl enerji sahəsində bu addımı atırıq”.
Hər dövrün öz çağırışı vardır. Müstəqilliyimizin bərpasından ötən 34 ildən artıq dövrün təhlili fonunda Azərbaycanın hər bir çağırışı yüksək səviyyədə cavablandırdığı diqqətdən kənarda qalmır. Hazırkı dövrün əsas çağırışlarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycanın bu istiqamətdə atdığı addımlar göz qabağındadır. Yaşıl enerjiyə keçid yeni əməkdaşlıq formatlarının yaradılmasına, onların coğrafiyasının genişlənməsinə böyük imkanlar yaradır. Dövlət başçısı İlham Əliyevin “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında vurğuladığı kimi, Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir. Bu layihələrə bu günə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Mən bir daha həm xarici, həm yerli investorların fəaliyyətini bu qərara görə qiymətləndirirəm və onlara bir daha deyirəm ki, Azərbaycana sərmayə qoyun. Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur, bizim bir çox neft kontraktlarımız artıq uzun illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir.
Bütövlükdə energetika sahəsində gedən proseslərə nəzər saldıqda görürük ki, bu gün bəlkə də enerji təhlükəsizliyi məsələləri daha qabarıq şəkildə ortaya çıxır. Neft və qaz ixracımız, neft məhsullarının ixracı, elektrik enerjisinin ixracı, neft-kimya məhsullarının, gübrələrin ixracı bu gün bir çox ölkələr üçün, onların enerji təhlükəsizliyini təmin etmək üçün imkan yaradır. Azərbaycan burada çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü göstərir, dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanmışdır.
Çıxışlarda bu reallıqlar xüsusi qeyd edildi ki, dövlət başçısı İlham Əliyev bu addımları atmaqla, bu işləri görməklə Azərbaycana gələn hər bir xarici sərmayədar üçün əlverişli mühit yaradır, onların işlərini daha da asanlaşdırır. Buna görə də ölkələrimizin bu qədər sıx münasibətlər qurmasına müvəffəq oluruq. Vurğulandı ki, ölkənizə gəldikdən və fəaliyyət göstərdikdən sonra Azərbaycanın nailiyyətlərinin, uğurlarının carçısına çevrilirik. Biz burada, Azərbaycanda ona görəyik ki, Prezident İlham Əliyev çox gözəl rəhbərlik keyfiyyətlərini göstərir və dünyada hər bir kəsin maraqlarına xidmət edəcək vacib qərarlar qəbul edir. Azərbaycan çox gözəl ölkədir. Azərbaycan xalqı çox qonaqpərvərdir və uğur hər zaman sizinlə olacaqdır. Bu mühüm məqam da qeyd edildi ki, yaşıl enerji layihəsi məhz Prezident İlham Əliyevin planı əsasında həyata keçirildi və biz bunu yerlərdə işləyərək reallığa çevirdik. Əlbəttə ki, bu, həmçinin yaşıl enerjinin gələcək inkişafı ilə bağlı məsələdir. Belə bir əminlik ifadə olundu ki, Azərbaycan böyük ölkə kimi bundan sonra da bir tərəfdən neft və qaz, digər tərəfdən yaşıl enerji ixracatçısı olacaqdır.

Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Yanvar 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri