Icma.az
close
up
RU
Yaşıl enerji planları: Nəhəng potensial böyük hədəflərin reallaşmasına aparır

Yaşıl enerji planları: Nəhəng potensial böyük hədəflərin reallaşmasına aparır

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

2025-ci ilin aprel ayında Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclası Azərbaycan və Avropa arasında enerji əməkdaşlığını daha da gücləndirmək məqsədi daşıyır. Bu tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək enerji təhlükəsizliyinin və yaşıl enerji gündəliyinin vacibliyini vurğulayıb. Əsas müzakirə mövzuları arasında Cənub Qaz Dəhlizinin genişləndirilməsi, qaz təchizatının coğrafiyasının artması və bərpa olunan enerji mənbələrinin inkişafı olub.

Azərbaycan qaz təchizatını 12 ölkəyə çatdırır və Avropada yeni qazpaylama şəbəkələrinin qurulmasında iştirak etməyi planlaşdırır. Bu, ölkəmizin enerji bazarında mövqeyini gücləndirəcək. Yaşıl enerjinin inkişafı da əsas prioritetlərdən biridir. Prezident İlham Əliyev “2030-cu ilə qədər 6 giqavatlıq günəş və külək enerjisi təmin edəcəyik” deyərək ölkəmizin enerji istehsalında təbii qaza qənaət edəcəyini və bu qazı ixraca yönəldəcəyini bildirib. Bu, həm daxili tələbatı qarşılamağa, həm də Avropaya əlavə təbii qaz göndərməyə imkan verəcək.
Dövlətimizin enerji sahəsində strateji layihələrini həm də qlobal enerji təhlükəsizliyinə uyğun şəkildə formalaşdırır. Bu layihələrdən ikisi – Cənub Qaz Dəhlizi və yaşıl enerji layihələri ölkənin gələcək inkişafında, həmçinin regional və beynəlxalq əməkdaşlıqda mühüm rol oynayır. Prezident İlham Əliyev Azərbaycanın enerji sahəsində strateji yanaşmasını belə ifadə edib: “Biz yalnız öz daxili tələbatımızı ödəmək üçün deyil, həm də regionun enerji təhlükəsizliyinə töhfə vermək üçün böyük layihələrə imza atırıq. Cənub Qaz Dəhlizi və yaşıl enerji sahəsindəki addımlarımız bu strateji yanaşmanın bir hissəsidir”.
Bu yanaşma ölkəmizin yalnız enerji sahəsində deyil, həm də qlobal geosiyasi müstəvidə öz yerini gücləndirməsi üçün vacibdir. Prezident İlham Əliyev, həmçinin “Azərbaycanın enerji diplomatiyası həm iqtisadiyyatımıza, həm də siyasi müstəvidə beynəlxalq əlaqələrimizə böyük töhfələr verir” ifadəsi ilə bu məsələnin siyasi əhəmiyyətinə də toxunub. Azərbaycanın enerji siyasəti qlobal enerji bazarının dəyişən şəraitinə uyğun olaraq daim yenilənir. Cənub Qaz Dəhlizi və yaşıl enerji layihələri ilə ölkə iqtisadiyyatı güclənir, regional təhlükəsizlik artır və enerji təchizatında mühüm dəyişikliklər həyata keçirilir.
Azərbaycanın, xüsusilə təbii qazın alternativ və dayanıqlı mənbədən təmin olunması baxımından həyata keçirilən layihələr, o cümlədən şaxələndirilmiş nəqliyyat marşrutları Avropanın enerji asılılığının azalmasına xidmət edir. Regional sabitliyə və qarşılıqlı əməkdaşlığa əsaslanan bu model Avropanın uzunmüddətli enerji strategiyasında xüsusi yer tutur və təhlükəsizlik parametrlərinin möhkəmləndirilməsinə real töhfə verir.

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri