Icma.az
close
up
RU
Yaşıl enerjinin yüksəlişi: Bakı neftlə başlayan tarixini yenidən yazır

Yaşıl enerjinin yüksəlişi: Bakı neftlə başlayan tarixini yenidən yazır

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Ekologiya və ətraf mühitin mühafizəsi


“Bakı Enerji Həftəsi”ndə dekarbonizasiya, “yaşıl enerji”yə keçid müzakirə ediləcək 

  Paytaxtımız “Bakı Enerji Həftəsi”nə hazırlaşır. Bu il “Baku Energy Week”in tərkib hissəsi olan “Baku Energy Forum” 30 illik yubileyini qeyd edir. Əsası qoyulduğu gündən etibarən forum beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, qabaqcıl təcrübələr mübadiləsi və yalnız Azərbaycanın deyil, bütövlükdə regionun enerji sektorunun inkişafına təsir edən sazişlərin imzalanması üçün əsas platformaya çevrilib. Forum enerji sahəsinin liderlərini, biznes nümayəndələrini və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir. Verilən məlumata görə, forum 3-4 iyun tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək və sənayenin aparıcı nümayəndələrini strateji fikir mübadiləsi üçün bir araya gətirəcək. Qeyd edək ki, “Baku Energy Week” özündə üç mötəbər tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”. “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, “Baku Energy Forum” isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil ediləcək. “Bakı Enerji Həftəsi” ilə bağlı keçirilən mətbuat konfransında nəzərdə tutulan işlər barədə məlumat verilib. Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında bildirib ki, üç böyük tədbiri özündə birləşdirən Bakı Enerji Həftəsi nailiyyətləri nümayiş etdirmək üçün nüfuzlu bir platformaya çevrilib. O bildirib ki, Azərbaycan hər zaman enerji sahəsində yeniliklərə imza atan bir ölkə olub: "Necə ki, Azərbaycanın liderliyi ilə neft-qaz sahəsində regionları birləşdirən strateji layihələr həyata keçirilib, eləcə də, bu gün ölkəmiz yaşıl enerji dəhlizləri yaratmaqla Mərkəzi Asiyanı Avropa ilə birləşdirən yeni enerji yollarını inşa etmək əzmindədir. Bu baxımdan, üç böyük tədbiri özündə birləşdirən Bakı Enerji Həftəsi nailiyyətləri nümayiş etdirmək üçün nüfuzlu bir platformaya çevrilib". "Bu beynəlxalq tədbir Azərbaycanın enerji sahəsində atdığı uğurlu addımların, imzalanmış müqavilələrin və qurulmuş əməkdaşlıqların təcəssümüdür. Eyni zamanda bu platforma qarşıdakı dövr üçün yeni ideyaların ortaya çıxdığı, yeni müqavilələrin imzalandığı, yeni layihələrin başlanğıcının qoyulduğu və yeni tərəfdaşlıqların qurulduğu bir məkandır. Bu mötəbər tədbirin həyata keçirilməsində əməyi olan bütün tərəfdaşlara minnətdarlığımızı bildiririk", - deyə nazirlik sözçüsü qeyd edib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Orxan Hüseynov isə qeyd edib ki, Bakı Enerji Həftəsində neft-qaz hasilatı və kəşfiyyatı ilə bağlı vacib sənədlər imzalanacaq. 

"Bildiyiniz kimi, bu artıq xoş bir ənənəyə çevrilib ki, biz Baku Enerji Həftəsi çərçivəsində müəyyən bir sənədlər imzalayırıq və bu sənədlər bu ildə bu ənənə davam edəcək. Bir sıra sahələr ilə bağlı bir neçə vacib sənədlərin imzalanması gözlənilir. Bir neçə gün sonra artıq bu sənədlərlə bağlı məlumat sizdə də ətraflı olacaq", - Orxan Hüseynov qeyd edib. Onun sözlərinə görə, Enerji Həftəsində həm də COP29-da SOCAR-ın imzaladığı sənədlər barədə ətraflı məlumatlar veriləcək: "Həmçinin stendlərin içində infinity room deyilən bir hissə olacaq, hansındakı led ekranlarla biz bütün vacib layihələrimizlə və fəaliyyət istiqamətlərimizlə bağlı ictimaiyyətə məlumat verəcəyik. Əlavə olaraq, forum çərçivəsində ənənəvi olaraq biz panellərin əksəriyyətində həm moderator qismində, həm çıxışçılar qismində çıxış edəcəyik. Burada liderlərin çıxışları, SOCAR-ın rəhbər şəxsləri iştirak edəcəklər". Bu il “Baku Energy Week” 39 ölkədən 267 şirkəti qəbul edəcək. Bunu “Iteca Caspian” şirkətinin layihə meneceri Nailə Əliyeva Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında bildirib. O, sərgidə iştirak edəcək ölkələrin adlarını sadalayıb: "Ölkələr arasında Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Şimali İrlandiya, Bolqarıstan, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İsrail, İsveçrə, İtaliya, Qazaxıstan, Qvineya-Bisau, Lüksemburq, Macarıstan, Misir, Monako, Niderland, Norveç, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya iştirak edir. Almaniya Federativ Respublikası Milli pavilyon ilə iştirak edir". "Sərgi çərçivəsində neft-qaz sahəsində ixtisaslaşan tanınmış nəşriyyatlar, jurnallar, qəzetlər, informasiya agentlikləri və onlayn media qurumlarının stendləri də nümayiş olunacaq. Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 70 faizini xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər", - N.Əliyeva qeyd edib.  "30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgisinin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, dekarbonizasiya, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq. 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgisində beynəlxalq və yerli şirkətlərin energetika və yaşıl enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaqdır. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri, enerji resurslarına qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunacaq", - N.Əliyeva vurğulayıb. Əldə edilən məlumatlara görə,  Böyük Britaniya Xarici İşlər, Birlik və İnkişaf Ofisi və Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Nazirliyinin Beynəlxalq Enerji Birgə Bölməsinin rəhbəri Sofi Vestleyk yaxın zamanda Azərbaycana səfər edəcək. Onun səfəri Azərbaycanda keçiriləcək Bakı Enerji Həftəsi ilə əlaqədar olacaq. Həmçinin, Avropa Komissiyasının Enerji üzrə Baş İdarəsinin direktoru Kristina Lobilyo Borreronun da 30-cu “Baku Energy Forum”unda iştirak etmək üçün ölkəmizə səfər edəcəyi gözlənilir. 

Məlumdur ki, ötən 2024-cü il Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi, noyabr  ayında isə Bakı BMT-nin İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası kimi mötəbər tədbirə ev sahibliyi etdi. COP-29-da aparılan müzakirələrin ana xəttini karbon emissiyalarının azaldılması, təbiətin qorunması idi ki qəbul edilən qərarlar da buna müvafiq oldu. “Bakı Enerji Həftəsi”ndə də digər mühüm məsələlərlə yanaşı, dekarbonizasiya, “yaşıl enerji”, yeni texnologiyaların ekologiya və ətraf mühitə faydaları müzakirə ediləcək. 


  Ekoloq Rövşən Abbasov Sherg.az-a açıqlamasında qeyd edib ki, COP-29-dan sonra bu cür nüfuzlu tədbirlərin keçirilməsi COP-29 zamanı qəbul olunmuş öhdəliklərin icrası üçün çox faydalıdır: 

seeBaxış sayı:115
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 May 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see152

Kiyevdə polkovniki güllələyən azərbaycanlılar öldürülüblər FOTO/VİDEO

14 İyul 2025 12:56see118

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see117

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see116

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see116

İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

14 İyul 2025 09:45see116

Rusiya təbliğatının qəhrəmanı rusların onu döyməsindən şikayətlənib...

14 İyul 2025 21:39see115

Attestasiyadan keçməyən musiqi müəllimləri üçün xüsusi müsabiqə təşkil ediləcək

14 İyul 2025 14:10see115

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see113

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see112

Alim Qasımov yenidən rep deməsi ilə gündəmdə Video

15 İyul 2025 10:54see112

18 yaşını xüsusi parti ilə qeyd edən Lamin Yamal hakim qarşısına çıxmalı olacaq

14 İyul 2025 08:49see112

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see111

Zelenski Kelloqla görüşdü

14 İyul 2025 16:20see111

Gözəl danışır, sonra insanları bombalayır Tramp Putinə əsəbiləşdi

14 İyul 2025 10:47see110

Ukraynada polkovniki Azərbaycan vətəndaşları qətlə yetirib?

14 İyul 2025 10:28see110

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see109

Bu günün valyuta məzənnələri

14 İyul 2025 09:23see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri