Icma.az
close
up
RU
Yaşıl enerjiyə keçid: Azərbaycan qaz ixracını necə artırır? ŞƏRH

Yaşıl enerjiyə keçid: Azərbaycan qaz ixracını necə artırır? ŞƏRH

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 3 iyun, AZƏRTAC

Dünya enerji bazarları çətin seçim qarşısındadır. Bir tərəfdə artan tələbat, digər tərəfdə isə karbon emissiyalarının doğurduğu qlobal fəsadlar. Elə bu ziddiyyətin tam ortasında Azərbaycan nisbətən fərqli yol seçib. Yaşıl enerji istehsalını artıraraq təbii qazına qənaət etmək və onu ixraca yönəltmək. Nəticə isə təkcə iqtisadi baxımdan deyil, ekoloji və geosiyasi müstəvidə də çoxqatlı üstünlükdür.

AZƏRTAC MTM Analitik Qrupun yaydığı məlumata istinadən xəbər verir ki, son illərdə Azərbaycanda bərpa olunan enerji istehsalına qoyulan sərmayələr və layihələrin intensivliyi diqqətdən yayınmır. Dövlət bu sahəyə sadəcə alternativ enerji texnologiyası kimi yox, iqtisadi resursların optimallaşdırılması vasitəsi kimi yanaşır. Energetika siyasətinin mühüm hədəfi daxildə yaşıl enerji ilə enerji tələbatını ödəmək, təbii qazı isə gəlir gətirən strateji məhsul kimi qoruyub xarici bazara çıxarmaqdır.

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsində verdiyi məlumata görə, ölkənin qaz ixracı 2023-cü ildə 25 milyard kubmetrə çatıb. Lakin bu yalnız başlanğıcdır. Əgər planlaşdırılan istiqamətlərdə irəliləyiş davam edərsə, 2030-cu ilədək ixrac 33 milyard kubmetri keçəcək. Bu isə Azərbaycan üçün yeni bir iqtisadi nəfəs deməkdir. Bura həm valyuta ehtiyatlarının artması, həm də enerji diplomatiyasının güclənməsi daxildir.

Bu nailiyyətlərin əsasında yaşıl enerji istehsalının artması dayanır. Artıq 2023-cü ilin oktyabrında istismara verilmiş Qaradağ Günəş Elektrik Stansiyası sayəsində hər il 110 milyon kubmetr təbii qaza qənaət olunur. Bu təkcə iqtisadi deyil, həm də 200 min ton karbon emissiyasının azalması deməkdir. Daha iri layihələr “Xızı-Abşeron” Külək Elektrik Stansiyası və “China Energy”, “Masdar”, “ACWA Power” kimi tərəfdaşlarla birgə icra edilən təşəbbüslər isə yaşıl enerjinin Azərbaycanın ümumi enerji balansında 35 faizdən artıq paya çatmasına xidmət edəcək.

Ən önəmlisi isə Azərbaycanın qazıntı yanacağı və yaşıl enerji arasında realist balans yaratmasıdır. Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, bəzi ölkələr bu keçidi və balansı düzgün qura bilmədiklərindən enerji kəsintiləri və sistem çökmələri ilə üzləşirlər. Azərbaycan isə bu sahədə çevik və düşünülmüş siyasət yürüdür.

Nəticədə yaşıl enerjiyə keçid təkcə “ekoloji jest” deyil. Bu həm də milli təhlükəsizlik, iqtisadi sabitlik və beynəlxalq enerji bazarlarında daha güclü mövqe üçün strateji seçimdir. Təbii qaza qənaət etməklə, Azərbaycan təkcə karbon izini azaltmır, daha yaşıl, daha davamlı və gəlirli gələcək üçün təməl qoyur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri