Icma.az
close
up
RU
Azərbaycan yaşıl enerjiyə keçid sahəsində lider ölkələrdən birinə çevrilə bilər ŞƏRH EDİLDİ

Azərbaycan yaşıl enerjiyə keçid sahəsində lider ölkələrdən birinə çevrilə bilər ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Azərbaycanın yaşıl enerji konsepsiyasına keçidi olduqca vacib və strateji əhəmiyyətli prosesdir. Bu keçid həm ölkəmizin enerji təhlükəsizliyi, həm də ekoloji dayanıqlılıq baxımından yeni imkanlar açır. Ancaq təbii ki, bu prosesin özünəməxsus çətinlikləri də mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Onun sözlərinə görə, birinci əsas problem maliyyə və investisiya məsələləridir. Yaşıl enerji layihələrinin - istər günəş, istər külək, istərsə də bioenerji sahəsində olsun - qurulması böyük maliyyə vəsaiti tələb edir. Bu səbəbdən həm dövlət, həm də özəl sektor tərəfindən bu sahəyə daha çox investisiyanın cəlb edilməsi vacibdir: "İkinci problem texnoloji infrastrukturla bağlıdır. Bəzi hallarda müasir avadanlıqların çatışmazlığı, yerli istehsalın kifayət qədər inkişaf etməməsi və xarici texnologiyalardan asılılıq prosesin sürətini azalda bilər. Bunun üçün Azərbaycanda alternativ enerji sahəsində texnologiya transferi və yerli istehsal imkanlarının artırılması çox önəmlidir. Yaşıl enerji layihələrinin həyata keçirilməsi üçün xüsusi ixtisaslı mühəndislərə, texniki mütəxəssislərə və innovativ düşüncəyə malik gənclərə ehtiyac var. Bu baxımdan təhsil sistemində yaşıl enerji ilə bağlı ixtisasların yaradılması və gənc kadrların hazırlanması prioritet istiqamət olmalıdır.

Bundan əlavə, hüquqi və institusional çərçivənin də gücləndirilməsi lazımdır. Qanunvericilikdə yaşıl enerji sahəsinə yönəlmiş stimulların, güzəştlərin və dəstək mexanizmlərinin tətbiqi investorların marağını artıracaq. Ən nəhayət, ictimai şüurun formalaşdırılması da önəmlidir. Əhali arasında alternativ enerjinin əhəmiyyəti barədə maarifləndirmə aparılmasa, bu konsepsiyanın tam reallaşması çətin ola bilər. Azərbaycanın yaşıl enerji konsepsiyasına keçidi yalnız texniki məsələ deyil, həm də siyasi, iqtisadi və sosial aspektləri olan çoxşaxəli bir prosesdir. Əgər dövlət, özəl sektor və vətəndaş cəmiyyəti birlikdə bu istiqamətdə çalışsa, yaxın gələcəkdə Azərbaycan regionda yaşıl enerjiyə keçid sahəsində lider ölkələrdən birinə çevrilə bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Sentyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see207

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see188

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see186

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see158

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see156

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see155

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see134

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see127

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see126

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see125

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see125

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri