Icma.az
close
up
RU
Yaşıl gələcək üçün innovasiyaların dəstəklənməsi davam edir Fotolar

Yaşıl gələcək üçün innovasiyaların dəstəklənməsi davam edir Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

COP29 çərçivəsində “SABAH.HUB” və ABB-nin birgə təşkilatçılığı ilə “Emerging Green Innovation Challenge” mövzusunda beynəlxalq startap müsabiqəsi keçirilib.

Tədbir iqlim texnologiyaları və yaşıl innovasiyalar sahəsində qlobal problemlərə innovativ həllər təqdim etmək və bu sahədə ən yaxşı təşəbbüsləri dəstəkləmək məqsədilə təşkil olunub.

Müsabiqəyə dünyanın 300-dən çox startap layihəsi müraciət edib, seçilən ən yaxşı komandalar isə COP29 çərçivəsində keçirilən tədbirdə iştirak etmək hüququ qazanıb. Final mərhələsində 15-dən çox ölkəni təmsil edən 26 startap layihəsi təqdim edilib.

Tədbir ABB-nin İdarə Heyətinin üzvü və Baş Transformasiya İnzibatçısı Taleh Tahirli, eləcə də “SABAH.HUB”ın icraçı direktoru Rəhim Bayramlının ruhlandırıcı çıxışları ilə başlayıb. Onlar çıxışlarında beynəlxalq əməkdaşlığın qlobal problemlərin həllində oynadığı vacib rolu vurğulayıb, eyni zamanda texnologiya və innovasiyaların inkişafda yaratdığı inqilabi təsirləri və dayanıqlı gələcək qurmaq üçün qarşıda duran prioritetləri diqqətə çatdırıb.

Açılış nitqlərindən sonra iştirakçı startaplar öz layihələrini təqdim edərək iqlim texnologiyaları və yaşıl innovasiyalar sahəsində unikal həllərini nümayiş etdiriblər. Təqdimatlar iştirakçılar arasında böyük maraq doğurub və mövzu ətrafında geniş müzakirələrə səbəb olub.

Tədbirin sonunda beynəlxalq investorlar və iştirakçılar tərəfindən aparılan qiymətləndirmə nəticəsində üç qalib startap müəyyən olunaraq investisiya əldə etmək şansı qazanıb.

Bu tədbir “SABAH.HUB” və ABB-nin davamlı inkişaf və iqlim texnologiyalarına verdiyi dəstəyi bir daha nümayiş etdirib. Beynəlxalq əməkdaşlıq və innovativ yanaşmalar vasitəsilə qlobal problemlərə həll yolları təqdim etmək məqsədilə bu cür təşəbbüslər davamlı olaraq həyata keçiriləcək.

Qeyd edək ki, “SABAH.HUB” İnnovasiya Mərkəzi iki ildən artıq fəaliyyəti ərzində 300-dən çox startapın inkişafına dəstək göstərib və minlərlə insanı innovasiya ekosistemi haqqında maarifləndirib. Mərkəz ümumilikdə 5 milyon AZN məbləğində şəbəkəsində olan startapların investisiya almasına dəstək olub.

“SABAH.HUB” un fəaliyyəti və yeniliklərdən xəbərdar olmaq üçün sabahhub.com veb-saytına keçid edin.







Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Noyabr 2024 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see196

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see187

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see186

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see176

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see160

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see145

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see143

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see142

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see142

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see138

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see135

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see134

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see130

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see129

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see127

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see124

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see123

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see123

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see121

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri