Icma.az
close
up
RU
Yaşıl gələcəyə və ekosistemə mühüm töhfə

Yaşıl gələcəyə və ekosistemə mühüm töhfə

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Abşeronda  ilk dəfə yaradılan “Botanika, Floristika, Landşaft”  MMC-nin Botanika Bağçası  yaşıl sabahımıza, gələcəyimizə, xüsusilə, Azərbaycan botanika elminə uğurlu bir yol açacaq. Təsəvvür edin, belə bir bağçanın salınması regionun ekoloji inkişafı, biomüxtəlifliyin qorunması və ətraf mühitin sağlamlaşdırılması yolunda necə əhəmiyyətli məsələlərin həllinə təkan verəcək, ideyalar   gerçəkləşəcək, vacib addımlar atılacaq. Bu bağça yalnız yaşıllıq məkanı deyil, həm də botanika, floristika, landşaft memarlığı sahələrində elmi tədqiqatların, maarifləndirmənin və praktik fəaliyyətin  həyata keçiriləcəyi nümunəvi, təcrübi mərkəz  olacaq.

 Müasir dövrdə iqlim dəyişiklikləri fonunda yaşıllıq sahələrinin genişləndirilməsi və təbii ehtiyatların qorunması hər bir ölkənin prioritetlərindən biridir. Respublikamızda həyata keçirilən  ekoloji siyasət və “Yaşıl Dünya Naminə Həmrəylik” ideyasından bəhrələnən bu bağça  Abşeron və Bakı şəhərinin yaşıllaşdırılması işinə  real xidmət etməklə yanaşı, gələcək nəsillərdə təbiətə sevgi və ekoloji məsuliyyət  hissinin formalaşmasına  xidmət edəcək.

Bağçanın əsas məqsədləri sırasında Abşeron iqliminə uyğun hər növ  ağac, kol və dekorativ  bitkilərin toplanması, onların qorunması, çoxaldılması, floristikanın  inkişafı, landşaft memarlığı nümunələrinin yaradılması, həmçinin tələbələr, tədqiqatçılar, alimlər və elmi ictimaiyyət üçün tədris, təcrübə və maarifləndirmə proqramlarının təşkili mühüm yer tutur. Botanika Bağçaları dünyanın hər yerində  elmi tədqiqat, biomüxtəlifliyin mühafizəsi  və ekoloji təhsilin  vacib mərkəzləri hesab olunur.

Bu mühüm həyati əhəmiyyətli layihənin ideya müəllifləri - biologiya elmləri doktoru, professor Həsən  Babayev və kənd təsərrüfatı üzrə peşəkar mütəxəssis, aqronom, iqtisadçı Natiq Allahverdiyevdir. Onların uzun illər botanika, torpaqşünaslıq, yaşıllaşdırma və kənd təsərrüfatı sahəsində imzası olan nəhəng elm xiridarlarından, görkəmli elm xadimlərindən, ən nəhayət, dərs aldıqları müəllimlərindən  qazandıqları zəngin elmi və praktik təcrübələri bu layihənin  hazırlanıb gerçəkləşməsində mühüm rol oynayıb. 

  Ömürlərini bu sahəyə həsr edən, mükəmməl təcrübəyə malik olan professor Həsən Babayev və peşəkar aqronom, iqtisadçı Natiq  Allahverdiyev layihə  rəhbərləri kimi “Botanika, Floristika və Landşaft” MMC-nin Botanika Bağçasının  yaradılması konsepsiyasının hazırlanması, ərazinin elmi əsaslarla  planlaşdırılması, bitki kolleksiyalarının formalaşdırılması, landşaft kompozisiyalarının  layihələndirilməsi və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi istiqamətində böyük xidmət, həm də novatorluq göstərmişlər. Onların layihəsi və zəhməti  sayəsində salınan bu bağça yalnız dekorativ yaşıllıq sahəsi deyil, eyni zamanda elm, təhsil, ekoloji maarifləndirmə  və innovativ  landşaft həllərinin tətbiq olunduğu müasir bir mərkəz kimi formalaşmaqdadır. Xüsusilə, qeyd etmək lazımdır ki, Botanika Bağçasının ərsəyə gəlməsi və fəaliyyət göstərməsi Abşeron yarımadasının bitki müxtəlifliyinin qorunmasına, yeni  dekorativ və introduksiya olunmuş bitki növlərinin  becərilməsinə, landşaft memarlığının inkişafına və Bakının, Abşeron yarımadasının yaşıllaşdırılmasına böyük töhfə verəcək. Bu istiqamətdə layihələşdirilən və görülən işlər Azərbaycan botanika elminin  və landşaft tədqiqatlarının  prioritet sahələri ilə də üst-üstə düşür.

 Belə bir layihənin reallığa çevrilməsi, görülən işlər onu deməyə əsas verir ki, Abşeronda ilk dəfə yaradılan “Botanika, Floristika və Landşaft” Botanika  Bağçası gələcəkdə ölkəmizin ekoloji təhlükəsizliyinə, şəhər mühitinin sağlamlaşdırılmasına, elmi  potensialın  daha da gücləndirilməsinə və Yaşıl Dünya ideyasının həyata keçirilməsinə xidmət edən nümunəvi, novator, yalnız elmi əsaslar üzərində həyata keçirilən bir  layihə kimi  tarixə düşəcək. 

“Yaşıl Dünya  naminə həmrəylik” ideyası insanların təbiətə münasibətlərinin müsbət dəyişdirilməsini, ekoloji mədəniyyətin formalaşdırılmasını, beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf prinsiplərini və yaşıl inkişaf strategiyalarının həyata keçirilməsini özündə birləşdirir. Məhz bu baxımdan belə bir bağçanın salınması, zəhmətlə becərilməsi onu deməyə əsas verir ki, “Botanika, Floristika, Landşaft” Botanika  Bağçası  təbiətə sevginin, elmin gücünün, insan zəkasının və əməyinin vəhdətini nümayiş etdirən, respublikamız üçün uzunmüddətli strateji əhəmiyyət daşıyan dəyərli bir təcrübə mənbəyi və  elmi-praktikik  baza olacaq. 

Botanika Bağçasının nizamnaməsində elmi fəaliyyətlə yanaşı, təhsil və maarifləndirmə  istiqamətlərinə də xüsusi yer ayrılıb. Burada məktəblilər tələbələr, tədqiqatçılar  və geniş ictimaiyyət üçün  ekskursiyalar, seminarlar, sərgilər və ekoloji layihələrin təşkili və həyata keçirilməsi nəzərdə tutulub. Bu  fəaliyyətlər isə  cəmiyyətdə insanlar arasında təbiətin qorunması və ətraf mühitə  həssas yanaşmanın inkişafını stimullaşdırır, ən əsası isə yaşıl həyat tərzinin təşviqinə xidmət edir.

“Botanika, Floristika, Landşaft” Botanika Bağçasının elmi əsaslara köklənərək geniş sahədə fəaliyyət göstərməsi BMT-nin qlobal  yaşıllaşdırma  məqsədlərinə xidmət edəcək. Birləşmiş Millətlər Təşkilatı meşələrin qorunması, biomüxtəlifliyin saxlanılması,  iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf məqsədləri çərçivəsində dünyanın bütün ölkələrində ağacəkmə və yaşıllıq sahələrinin genişləndirilməsinə, artırılmasına sövq və motivasiya edir. Bu istiqamətdə salınan botanika bağçaları ekosistemin sağlamlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, bu bağçaların yaranması sayəsində BMT-nin qlobal yaşıllaşdırma istiqamətində  qarşıya qoyduğu bir çox məqsədlərə uğurlu yol aça bilər. Bunu bir neçə istiqamətdə konkretləşdirmək olar: 

- Nadir və endemik (yerli) bitki növlərinin qorunması üzrə bitki kolleksiyaları yaratmaq və genetik müxtəlifliyi saxlamaq sayəsində biomüxtəlifliyin qorunmasına xidmət etmək;

- Ağacəkmə və yaşıllaşdırma layihələrini həyata keçirməklə yeni ağac və kol bitkilərinin becərilməsi, inkişafı və müxtəlif ərazilərdə əkilməsi hesabına karbon qazının udularaq atmosferdə miqdarca azalmasına, iqlim dəyişikliyi nəticəsində yaranan stress təsirlərinin zəiflədilməsinə nail olmaq; 

   - Ekoloji maarifləndirmə dünya ictimaiyyətinin qarşısında duran ən vacib məsələdir.  Belə ki, məktəblilərin, tələbələrin, tədqiqatçıların və geniş ictimaiyyətin maariflənməsi üçün təlimlərin, sərgilərin keçirilməsi və ekskursiyaların təşkil olunması ətraf mühitin qorunması naminə ekobiliklərin artırılmasına nail olmaq;  

- Elmi tədqiqatlar, bitkilərin mühafizəsi, introduksiyası və landşaft memarlığı üzrə aparılan işlərin, ekoloji problemlərin həllində elmi nailiyyətlərin tətbiqinə  təkan vermək; 

- Davamlı landşaft layihələri təbiətdə su hövzələrinə, xüsusilə şirin suya qənaət edən, yerli iqlimə uyğun yaşıllaşdırma üsullarının tətbiqi sayəsində böyük şəhərlərin ekoloji dayanıqlığını artırmaq; 

Onu da qeyd etmək yerinə düşər ki, “Botanika, Floristika, Landşaft” Botanika Bağçasının salınması BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dəstək verməklə, “Məqsəd 13” (İqlim fəaliyyəti) və “Məqsəd 15” (Quruda həyat) layihələri üzrə həyta keçirilən fəaliyyətlərə xüsusi önəm  verir.

Ağacəkmə, Botanika Bağçalarının salınması  və meşələrin bərpası ilə bağlı beynəlxalq fəaliyyətlərin göstərilməsi, əsasən, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, Bioloji Müxtəliflik haqqında Konvensiya və BMT-nin Ekosistemlərin Bərpası Onilliyi (2021-2030) kimi təşəbbüsləri çərçivəsində həyata keçirilir. Ona görə də belə bir Botanika Bağçasının salınması və fəaliyyət göstərməsi BMT-nin ekoloji təşəbbüslərinə müsbət təsir göstərməklə öz töhfəsini verəcək. 

Təkcə onu qeyd etmək lazımdır ki, “Botanika, Floristika, Landşaft” Botanika Bağçasında süni dağ çayı sistemi yaradılmış, müxtəlif meyvə ağacları, Azərbaycanın ayrı-ayrı bölgələrindən gətirilmiş müalicəvi təsirə malik dərman bitkiləri əkilmiş, arıçılığın inkişafı üçün ilkin addım atılmışdır. Bu bitkilər elmi üsullarla Abşeronun torpaq və iqlim şəraitinə uyğunlaşdırılmış, onların qorunması və çoxaldılması təmin edilmişdir. Belə bir Botanika Bağçasının fəaliyyət göstərməsi biomüxtəlifliyin qorunmasına və zənginləşdirilməsinə, nadir və itməkdə olan bitkilərin mühafizəsinə və çoxaldılmasına, yaşıllıq sahələrinin və bitki örtüyünün genişləndirilməsinə, iqlim dəyişikliyinin təsirlərinin azadılmasına, xüsusilə, ölkə əhalisinin ekoloji maarifləndirilməsinə, elmi tədqiqatların daha da genişləndirilməsinə və inkişafına tez bir zamanda əhəmiyyətli təsir göstərəcək. 

Bütün bu sadaladığımız fəaliyyətlər BMT-nin davamlı inkişaf, iqlim dəyişikliyi ilə mübarizə və biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirdiyi beynəlxalq təşəbbüslərin dünyəvi məqsədləri ilə uyğunluq təşkil edir. Xüsusilə yaşıllaşdırma, bitki müxtəlifliyinin qorunması və ekosistemlərin bərpası üzrə belə bir layihənin həyata keçirilməsi Bioloji Müxtəliflik haqqında Konvensiya və BMT-nin Ekosistemlərin Bərpası Onilliyi (2021-2030) beynəlxalq proqramların hədəflərinə və məqsədlərinə xidmət edir. 

Bu yazının müəllifi olaraq, “Botanika, Floristika, Landşaft” Botanika Bağçasından hazırladığım verilişdən sonra belə bir qənaətə gəldim ki, insanın ömrünü təbiətə həsr etməsi, torpağa bir toxum əkməsi, ağac bitirməsi əslində gələcəyə ümidin əkilməsi, ekosistemə xidmətinin nişanəsidir. Məşhur fransız yazıçısı Jean Giononun “Ağac əkən adam” əsərini xatırladım. Yazıçı bu əsərində tənha bir insanın illərlə ağac əkməsi nəticəsində susuz və səhraya çevrilmiş, çatlamış torpaqların gündən-günə yaşıllaşmasını, quşların həmin məkanlara yenidən qayıdışını bir rəssam təxəyyülü ilə qələmə alıb. O, bu əsərində göstərmək istəyib ki, susuz səhralara yenidən həyat verən, təmənnasız təbiət aşiqi gördüyü işi şöhrət və ya qazanc naminə deyil, təbiətə olan sonsuz sevgisi xatirinə edib. Yazıçı bu əsəri ilə bəşəriyyətə demək istəyib ki, təbiətə edilən hər bir təsir, çəkilən zəhmət sabahımıza, gələcək nəsillərə ərməğan edilən və həyat simvolu olan qiymətli irsdir. Əgər hər bir insan bir ağac əksə, yaşadığımız mühit insanlara daha sağlam və yaşıl bir dünya bəxş edər. Təsəvvür edin, “Ağac əkən adam” əsərində təbiətə təmənnasız qulluq edən bir insanın simasında quraq və cansız bir ərazini yaşıllığa çevirən bəşər övladının humanizm ideyaları bütün dünya xalqları üçün bir örnəkdir.

Bu əsərdəki qəhrəmanın gördüyü işlər biologiya elmləri doktoru, professor Həsən Babayev və kənd təsərrüfatı mütəxəssisi, iqtisadçı-aqronom Natiq Allahverdiyevin Botanika Bağçasının salınması istiqamətində həyata keçirdikləri layihələrin reallaşması ilə eyni vəhdət təşkil edir.  

         Nizamnaməyə əsasən, “Botanika, Floristika Landşaft” Botanika Bağçasının əsas məqsədi bitki müxtəlifliyinin öyrənilməsi, nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi və repatrasiyası (yenidən təbiətə qaytarılması), yeni bitki növlərinin introduksiyası və akklimatizasiyası, elmi tədqiqatların  aparılması, landşaft memarlığı və yaşıllaşdırma sahəsində, elmi əsasların hazırlanması  istiqamətində əhalinin ekoloji bilik və mədəniyyətinin inkişafına töhfə verməkdir.

- Bəli, qarşıya qoyulan məqsədlərə çatmaq üçün professor Həsən Babayev və iqtisadçı-aqronom Natiq Allahverdiyev bitkilərin qorunmasına, yeni yaşıllıqların yaradılmasına və təbiətin zənginləşdirilməsinə böyük əmək sərf etmişlər. Bu insanların zəhməti sayəsində Azərbaycanın müxtəlif bölgələrindən gətirilmiş  nadir bitki növlərinə yenidən həyat verilmiş, Abşeronun ekoloji mühiti daha da zənginləşmişdir. Məhz, professor Həsən Babayev və iqtisadçı-aqronom Natiq Allahverdiyevin yaşıl dünyamıza təmənnasız xidmətləri o deməkdir ki, təbiətin qaygısına qalmaq, bu yolda zəhmətə qatlaşmaq insanlığa xidmət  göstərməkdir. 

         “Botanika, Floristika, Landşaft” MMC-nin Botanika Bağçasının salınması və fəaliyyət göstərməsi sayəsində görülən işlər sübut edir ki, elmin gücü  və cəmiyyətin  ekoloji rifahının yüksəldilməsinə xidmət göstərmək amalı ilə yola çıxan fədakar insanların torpağa sevgisi, əzmkarlığı və zəhməti gələcək nəsillərə yaşıl və sağlam bir dünya miras qoya bilər. 

Kəmalə ABDİNOVA
XQ         

https://www.youtube.com/watch?v=0p2imcryg4E

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2026 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri