Yaşıl iqtisadiyyat böyüyür: 4 trilyon dollarlıq bazar gözlənilir
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2022-ci ildə yaşıl iqtisadiyyat sektorunun ümumi həcmi 1,5 trilyon ABŞ dolları təşkil edib. Gözləntilərə görə, 2030-cu ilə qədər bu rəqəm 4 trilyon dolları ötəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov məlumat verib.
H.Hüseynovun sözlərinə görə, Beynəlxalq Enerji Agentliyinin proqnozlarına əsasən, 2025-ci ildə yalnız təmiz enerji bazarının həcmi 1,5 trilyon dollara çatacaq. Eyni zamanda, süni intellektin tətbiqi sayəsində karbon emissiyalarının izlənməsi prosesi daha da təkmilləşəcək – 2025-ci ildə bu prosesin 50% daha sürətli və daha dəqiq aparılması gözlənilir.
“Bu tendensiyalarla ayaqlaşmamaq mümkün deyil,” – deyə Hüseynov vurğulayıb. O bildirib ki, ölkədə bu istiqamətdə artıq strateji sənədlər hazırlanıb və inkişaf prioritetləri müəyyən olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 30 Aprel 2025 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















