Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Böyük Qayıdış: Ağıllı kəndlər, Yaşıl iqtisadiyyat Bu il nələr gözlənilir...

Böyük Qayıdış: Ağıllı kəndlər, Yaşıl iqtisadiyyat Bu il nələr gözlənilir...

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan xalqı üçün 2020-ci ilin 44 günlük Vətən müharibədən və 2023-cü ildə həyata keçirlən antiterror tədbirlərindən sonrakı dövr yalnız ərazi bütövlüyünün bərpası ilə deyil, eyni zamanda işğaldan azad edilmiş torpaqların dirçəldilməsi və keçmiş köçkünlərin doğma yurda qayıdışı ilə də tarixə yazılır.
İşğaldan azad edilmiş ərazilərə qayıdış Azərbaycanın 2030-cu ilədək 5 Milli Prioritetindən biridir.
Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş Böyük Qayıdışa dair I Dövlət Proqramına görə, işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşayış, əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı məskunlaşma təmin olunmalıdır.

Hazırda azad edilmiş ərazilərdə bərpa və geniş quruculuq işləri davam etdirlir. Bölgədə həyata keçirlən “Ağıllı kənd/şəhər” və “Yaşıl iqtisadiyyat” layihələri xüsusilə diqqət çəkir.
Mərhələli şəkildə doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlər yeni bir həyatın qurucuları olaraq Qarabağ və Şərqi Zəngəzur regionunun inkişafında önəmli rol oynamaqdadırlar. Bu insanlar təkcə yeni həyat qurmaqla kifayətlənmir, həm də bölgənin dirçəlişinə töhfə verirlər.
“Böyük Qayıdış” təkcə dağıdılmış ərazilərin deyil, həm də xalqın mənəvi dəyərlərinin və milli birliyinin dirçəldilməsi məqsədi daşıyır. 
Bu aspektdən “Böyük Qayıdış” prosesi həm milli, həm də beynəlxalq səviyyədə diqqət mərkəzindədir.

“Böyük Qayıdış”ın böyük ictimai əhəmiyyəti var. 30 ilə yaxın müddətdə doğma yurdlarından uzaqda yaşamağa məcbur qalmış 100 minlərlə azərbaycanlı üçün bu proses yalnız fiziki qayıdış deyil, həm də mənəvi bir yenidən doğuluşdur. Həmin bölgələrin bərpası və orada həyatın yenidən qurulması, həm yerli əhalinin rifahını artıracaq, həm də Azərbaycanın iqtisadi, sosial və mədəni inkişafına böyük töhfə verəcək.
2024-cü ilin sonuna olan rəsmi məlumata görə, 10 minə yaxın keçmiş məcburi köçkün azad edilmiş torpaqlara qayıdıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, həm də inşaat işlərində. Bu rəqəmi Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalaqa müraciəti zamanı səsləndirib. Dövlət başçısı bildirib ki, 2025-ci ildə Qarabağ və Şərqi Zəngəzura qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. 
Dövlət başçısı deyib ki, 2021-ci ildən 2024-cü ilin sonuna kimi Qarabağın və Şərqi Zəngəzurun bərpasına 19 milyard manatdan çox vəsait ayrılıb.
2025-ci ildə işğaldan azad edilmiş torpaqlarda geniş bərpa-quruculuq işləri üçün dövlət büdcəsindən 4 milyard manat məbləğində vəsait xərclənməsi nəzərdə tutulur.

İndiyədək Zəngilan, Cəbrayıl, Füzuli, Laçın, Şuşa, Xocalı, Ağdərə rayonlarına köç gerçəkləşib.
Azad olunmuş ərazilərə “Böyük Qayıdış” prosesi çərçivəsində ilk köç 19 iyul 2022-cü il tarixində Zəngilanın Ağalı kəndinə olub. Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülüb. Hazırda Ağalı kəndində 175 ailənin (871 nəfər) daimi məskunlaşması təmin edilib.
Hazırkı günədək Füzuli şəhərində 823 ailənin (3136 nəfər) məskunlaşması təmin edilib. 
Cəbrayıl şəhərinə ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində yola salınıb. Həmin gün 36 ailə - 117 nəfər Cəbrayıla köçürülüb. Rayona sonuncu köç 17 fevral 2025-ci ildə gerçəkləşib, 42 ailə - 205 nəfər Cəbrayıl şəhərində yerləşdirilib. Bu günədək Cəbrayıl şəhərinə 442 ailə (1898 nəfər) köçürülərək daimi məskunlaşmaları təmin edilib.
Xocalıya ilk köç 2024-cü ilin may ayında baş tutub. Rayona sonuncu köç 2025-ci il yanvarın 31-də olub, həmin gün 22 ailə - 94 nəfər Ballıca kəndinə köçürülüb. Ümumilikdə Xocalı şəhərində, rayonun Ballıca kəndində 100-dən çox ailə yerləşdirilib.
Bu il 15 may tarixində Şuşa şəhərinə də köç həyata keçirilib. Həmin tarixdə Şuşa və Xocalı şəhərlərinə, Xocalı rayonunun Ballıca kəndinə ümumilikdə 28 ailə - 135 nəfər köçürülüb.
Şuşa şəhərində indiyədək 180-dən çox ailənin, yəni 750 nəfərin daimi məskunlaşması təmin olunub.
Laçın işğaldan azad edildikdən sonra ilk məskunlaşmanın həyata keçirildiyi yaşayış məntəqələrindən biridir. 30 il respublikanın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış sakinləri doğma yurda - Laçın şəhərinə qayıdırlar. Məskunlaşma hələ ki Laçın şəhərində, Zabux və Sus kəndlərində aparılıb
İndiyədək Laçın şəhərində 570 ailənin (2090 nəfər) məskunlaşması təmin edilib. 
Yenidən tikilmiş Zabux kəndinə 217 ailə (823 nəfər) daimi məskunlaşdırılıb.
İndiyədək Sus kəndində 59 ailə (215 nəfər) fərdi yaşayış evi ilə təmin edilib.
Ağdərə rayonunun Taliş kəndinə (20 ailə - 90 nəfər) də sakinlərin qayıdışı həyata keçirilib.

2024-cü ildə işğaldan azad edilmiş bölgələrdə məktəblər də açılıb. Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli, Cəbrayıl şəhər Mehdi Mehdizadə adına, Şuşa şəhər 1 nömrəli, Laçın şəhər 2 nömrəli, Xocalı şəhəri 1 nömrəli, Laçın rayonunun Zabux və Sus kəndlərində, Ağdərə rayonunun Talış kəndində və Zəngilan rayonunun Ağalı kəndində tam orta məktəblər fəaliyyətə başlayıb.
2025-ci ildə Ağdam şəhərinə və rayonun üç kəndinə qayıdış nəzərdə tutulur. Belə ki, hazırda Ağdama şəhərində, rayonun Kəngərli, Xıdırlı, Sarıcalı kəndlərində bərpa-quruculuq işləri davam edir.
Sarıcalı kəndində 203, Xıdırlı kəndində 719, Kəngərli kəndində isə 292 fərdi ev inşa olunur. Ağdamın Baş Qərbənd kəndində isə “Ağıllı kənd” layihəsi inşa olunacaq. İlkin mərhələdə 275 hektar ərazidə 851 fərdi ev tikilməsi planlaşdırılır. Eləcə də burada alternativ enerji mənbələrində, Yaşıl enerjidən, tullantıların utilizasiyasından istifadə olunması da nəzərdə tutulur.
2025-ci ildə Kəlbəcər, Xankəndi, Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə keçmiş məcburi köçkünlərin qayıtması nəzərdə tutulur.
Hazırda Kəlbəcər şəhəri də daxil olmaqla Zallar, Zar və Yanşaq kəndlərində tikinti işləri davam etdirilir.
2026-cı ilin sonunda “Böyük Qayıdış” prosesinin birinci mərhələsi bitənə qəzər Qarabağ Şəri Zəngəzurda 34 500 ailənin məskunlaşdırlması təmin ediləcək.
Ə.Qafarlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Fevral 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see240

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see216

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see210

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see195

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see192

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see175

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see173

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see156

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see148

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see139

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see126

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see122

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see119

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see119

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see118

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri