Icma.az
close
up
RU
“Yaşıl Kartdan daha yaxşısı”: ABŞ də Qızıl Kart dövrü rəsmi olaraq başladı

“Yaşıl Kartdan daha yaxşısı”: ABŞ də Qızıl Kart dövrü rəsmi olaraq başladı

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-də yaşamaq və işləmək hüququ verən Qızıl Kart üçün müraciətlər başlayıb. ABŞ Prezidenti Donald Tramp proqramı “Yaşıl Kartdan daha yaxşı” kimi təqdim edib.

Sherg.az xəbər verir ki, Trampın bildirdiyinə görə, yeni proqram müraciət edənlərə Yaşıl Kartla oxşar şəkildə yaşamaq və işləmək icazəsi verir.

Xəbəri Ağ Evdə açıqlayan Tramp yeni tətbiq barədə bunları deyib: “Bu, həm mənim üçün, həm də ölkə üçün çox həyəcanvericidir. Əsas etibarilə bu, Yaşıl Kartdır, amma daha yaxşısı. Daha güclüsü.”

İlk dəfə fevral ayında elan edilən Qızıl Kart proqramı ABŞ-yə investisiya qoyan şəxslərə daimi yaşayış icazəsi verir. ABŞ administrasiyasının yayımladığı qərar mətninə əsasən, proqrama müraciət etmək üçün 15 min dollar ödənilməlidir.

GERİ QAYTARILMA YOXDUR

Müraciət təsdiqləndikdən sonra ölkəyə ən azı 1 milyon dollar məbləğində investisiya qoyulması şərti mövcuddur. Lakin təsdiq alınmadığı halda ilkin mərhələdə ödənilən 15 min dollar geri qaytarılmır.

Digər tərəfdən, müəssisələrin işçilərinə sponsorluq etməsi halında 2 milyon dollarla yanaşı əlavə rüsumlar da ödəmələri tələb olunur.

Qızıl Kart birbaşa vətəndaşlıq hüququ vermir, lakin daimi yaşayış icazəsi təqdim edir və vətəndaşlıq üçün müraciəti asanlaşdırır. Müraciətlərin təsdiqlənməsi bir neçə həftə çəkə bilər və müraciət edənlər müsahibəyə də cəlb oluna bilərlər.

PLATİN KART NƏ İŞƏ YARAYIR?

Qızıl Kartın rəsmi internet saytında yer alan məlumata görə, xüsusi vergi güzəştləri təqdim edən “Platin Kart” da yaxın zamanda 5 milyon dollar qarşılığında satışa çıxarılacaq. Bu kart müraciət edənlərə “ABŞ-də 270 günədək qala biləcəklərini və ABŞ xaricində əldə etdikləri gəlirlər üzrə ABŞ vergilərinə cəlb olunmayacaqlarını” vəd edir.

ARTIQ 10 MİN NƏFƏR MÜRACİƏT EDİB

Reuters xəbər agentliyinin məlumatına görə, ABŞ-ın Ticarət naziri Hovard Latnik indiyədək təxminən 10 min nəfərin Qızıl Kart üçün müraciət etdiyini açıqlayıb. Latnik Qızıl Kartı, “amerikalıdan daha az gəlir əldə edən və özləri və ya ailə üzvləri dövlət yardımı alan” Yaşıl Kart sahibləri ilə müqayisə edib.

NİYƏ TƏNQİD OLUNUR?

Yeni başlanan proqramla bağlı etirazlar da var. Demokratlar bu tətbiqi “varlı şəxslərə ədalətsiz şəkildə üstünlük verdiyi” əsaslandırması ilə tənqid edirlər.

Miqrasiya siyasətini sərtləşdirən Tramp vəzifəyə başladığı vaxtdan bəri ABŞ-də qanunsuz qalan minlərlə şəxsi deportasiya edib. İyun ayında qəbul edilən qərarla Əfqanıstan, Myanma, Çad, Konqo Demokratik Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəməndən ölkəyə miqrant axını dayandırılıb.

Vaşinqtonda ötən həftə iki Milli Qvardiya əməkdaşı Əfqanıstan vətəndaşı tərəfindən güllələnib. Bu hücumdan sonra Tramp administrasiyası bütün sığınacaq müraciətlərini dayandırıb.

75 MİN NƏFƏR SAXLANILIB

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə bağlı İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) məlumatlarına görə, Trampın vəzifəyə başlamasından bu yana keçən 9 ay ərzində 75 min nəfər ICE tərəfindən saxlanılıb.

ICE tez-tez qanunları pozmaqda və insan hüquqlarına zidd üsullardan istifadə etməkdə ittiham olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Dekabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri