Icma.az
close
up
RU
Kartdan karta dövrü geri qayıdır?

Kartdan karta dövrü geri qayıdır?

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Nağd hesablaşma aparılan zaman vətəndaşa çek təqdim olunsa da, bir neçə saat sonra ödənişi ləğv etmək mümkündür. Geriqaytarma və ləğv kimi göstərilir. Amma POS-terminalla ödəniş etdikdə kassa çeki ləğv olunsa da, vəsait bank hesabından çıxıldığı üçün qeydiyyata alınır. Dövriyyəni gizlətmək mümkün olmur.

Son zamanlar ölkəmizdə nağdsız ödənişlərin təşviqi istiqamətində atılan addımlara baxmayaraq, bəzi ticarət obyektlərində POS-terminalların ya işləməməsi, ya da bilərəkdən istifadə edilməməsi halları yenidən aktuallaşıb. Müştərilərə "kartdan-karta köçürmə edin” təklifləri bir daha gündəmə gəlib. Halbuki, bir müddət əvvəl bu cür hallara qarşı Dövlət Vergi Xidməti tərəfindən ciddi nəzarət tədbirləri görülmüş, qaydaları pozan obyektlər cərimələnmişdi. İndi isə sanki vəziyyət bir qədər yumşalıb və ya nəzarət zəifləyib.

Dövlət Vergi Xidmətindən "Kaspi”yə bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir: "2025-ci ilin 8 ayında POS-terminallardan (kartdan-karta əməliyyatları daxil) istifadə ilə bağlı keçirilmiş nəzarət tədbirləri zamanı 1143 halda qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunub. POS-terminalların tətbiqindən imtina və "kartdan-karta” köçürmə hallarının qarşısının alınması məqsədilə Dövlət Vergi Xidməti (DVX) nəzarət tədbirləri mütəmadi qaydada davam edir. POS-terminallar vasitəsilə həyata keçirilən ödənişlər həm şəffaflıq və təhlükəsizlik, həm də maliyyə intizamı baxımından vacibdir. Bildiririk ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və "Elektron ticarət haqqında” Qanunlara əsasən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə 1000 manatdan 6000 manatadək məbləğdə maliyyə sanksiyası tətbiq edilir”.

Qurumdan o da bildirildi ki, dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən POS-terminaldan istifadə etməlidirlər. Həmçinin dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələrilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən POS-terminal quraşdırmağa məcburdurlar: "Rüb üzrə orta aylıq dövriyyəsi 2000 manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri), hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri, vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları POS-terminallardan istifadə etməlidirlər”.

İqtisadçı-ekspert Mahmud Abasquliyev bildirdi ki, hazırda ticarət müəssislərində, əsasən də pərakəndə ticarətlə məşğul olan sahibkarların təsərrüfat subyektlərində yoxlamalar davam edir: "POS-terminalla ödənişi qəbul etməyən, müxtəlif bəhanələr gətirən sahibkarlar vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən təqvim ili ərzində qanun pozunutusuna əsasən birinci dəfə üçün 1000 manat, ikinci dəfə üçün 3000 manat , üçüncü və daha çox hal üçün 6000 manat dəyərində cərimə edilir”. 

Ekspertin sözlərinə görə, POS-terminalda istifadə etməyən sahibkarları daha rahat aşkarlamaq üçün dövlət-vətəndaş tərəfdaşlığı mütləqdir: "Belə ki, vətəndaş qarşılaşdığı durum barəsində anında DVX-nə məlumat verməlidir. Sahibkarları da bu işə sövq etmək lazımdır”. 

Vergi qanunvericiliyi üzrə mütəxəssis Anar Bayramov da düşünür ki, bir çox sahibkarlar ticarət obyektlərində, ictimai iaşə obyektlərində, restoranlarda POS-terminalın nasaz olduğunu bildirərək ödənişi kartdan-karta ödəməklə həyata keçirməyi xahiş edirlər. Bu vergi qanunvericiliyinin tələblərinə ziddir: "Həmçinin istehlakçıların hüquqlarının qorunması haqqında Azərbaycan Respublikasının qanunun 17-ci maddəsinin tələblərini də pozur. Qanunda da qeyd olunur ki, nağdsız ödənişləri aparmaq üçün obyektlərdə vergi ödəyiciləri POS-terminal quraşdırmalıdırlar. Amma bir çox hallarda bundan yayınırlar. Səbəb də dövriyyələrinin gizlədilməsidir. Nağd hesablaşma aparılan zaman vətəndaşa çek təqdim olunsa da, bir neçə saat sonra ödənişi ləğv edə bilir. Geriqaytarma və ləğv kimi göstərir. Ayın sonunda dövriyyəsi daha az görünür. Amma POS-terminalla ödəniş etdikdə kassa çeki ləğv olunsa da, vəsait bank hesabından çıxıldığı üçün qeydiyyata alınır. Çünki vergi orqanları banklardan bu məlumatı əldə edirlər. Artıq gizlətmək mümkün olmur”. 

A.Bayramovun sözlərinə görə, dövlət vergi xidməti bu kimi halların qarşısını almaq üçün operativ vergi nəzarəti tədbirləri həyata keçirir: "Bu kimi halların qarşısının alınması üçün həm cəza, həm də stimullaşdırıcı tədbirlər nəzərdə tutulur. Əgər nağdsız ödənişlərin həcmi çox olarsa, vergi endirimləri, güzəştlər qanunda öz əksini tapıb. Müştərilər də nağdsız ödəniş etdikdə onlara 17,5 faiz ƏDV gəlir. Amma hələ də bir çox hallarda sahibkarlar vergidən yayınırlar. Vətəndaşın hüquqdur ki, sahibkardan POS-terminal tələb etsin. Çünki "kartdan-karta” ödənişlər təhlükəlidir. Bəzən ödəniş vətəndaşın hesabından çıxır, amma texniki nasazlıq səbəbindən satıcının hesabına oturmur. Yaxud vətəndaş kart nömrəsi yazarkən işarədə səhvə yol verir, başqa hesaba pul köçürmüş olur. Amma satıcı israrla ödənişi tələb edir”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Sentyabr 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1220

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see495

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see389

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see387

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see378

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see337

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see320

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see282

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see217

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see208

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see202

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see198

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see193

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see188

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see183

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see171

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see167

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see166

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri