Icma.az
close
up
RU
Yaşıl maliyyə və davamlı investisiyalar: İqlim həllərinin açılması mövzusu müzakirə olunub

Yaşıl maliyyə və davamlı investisiyalar: İqlim həllərinin açılması mövzusu müzakirə olunub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 29 sentyabr, AZƏRTAC

Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 (BCAW2025) işini sessiyalarla davam etdirir.

AZƏRTAC xəbər verir ki, “EY” şirkətinin iqlim dəyişikliyi və dayanıqlılıq xidmətlərinin təcrübə rəhbəri Mirzə Əliyevin moderatorluğu ilə keçirilən sessiyada "Yaşıl maliyyə və davamlı investisiyalar: İqlim həllərinin açılması" mövzusu müzakirə olunub.

Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə Azərbaycan bank sektorunun 2030-cu ilə qədər yaşıl iqtisadiyyata keçidlə bağlı 2 milyard manat dəyərində könüllü öhdəliyə götürdüyünü və bunun COP29 zamanı açıqlandığını xatırladıb: “Son statistikaya görə, bu fəaliyyətlə bağlı yerli banklar təxminən 13 min ədəd kredit verib, həcmi isə 300 milyon manat olub. Nəticə olaraq, yaşıl iqtisadiyyata keçid mürəkkəb və uzunmüddətli bir yoldur. Amma bu gün yaratdığımız dinamika uzunmüddətli təsir göstərəcək”, - deyə o əlavə edib.

Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova deyib: “Beynəlxalq Maliyyə Korporasiyası olaraq, yaşıl keçid prosesinə töhfə veririk, layihələrə sərmayə qoyuruq. Layihələrin kommersiya cəhətdən əlverişli olduğunu sübut edirik”.

Maliyyə sektoru və yerli banklarla əməkdaşlıq etdiklərini diqqətə çatdıran A.Əzimova xüsusi qlobal yaşıl istiqraz standartları yaratdıqlarını bildirib.

Sessiyaya onlayn qoşulan Britaniya Beynəlxalq İnvestisiyasının direktoru Amal-Li Amin rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edib. O bildirib ki, Britaniya Beynəlxalq İnvestisiyası Afrikada enerji keçidinə və dekarbonizasiyaya nail olmağa çalışır: "Biz 1.5 milyard dollar sərmayə yatırmışıq ki, təmiz enerji sahəsinə keçid olsun. Afrikaya lazımi sərmayənin cəlbi üçün işlər görürük", - deyə direktor vurğulayıb.

Sessiyaya onlayn qoşulan Braziliyanın İqlim və Cəmiyyət İnstitutunun iqlim maliyyəsi üzrə baş rəhbəri Lucca Rizzo ölkəsində iqlim məsələləri üzrə kapital cəlb etməyin çətin olduğuna diqqət çəkib. Onun sözlərinə görə, xüsusilə özəl sərmayənin cəlb edilməsi olduqca qəlizdir. “Hazırda ölkəmizdə bu kimi işlər üçün vəsait çatışmazlığı mövcuddur. Həll yolu isə ondan ibarətdir ki, risk faktorlarının azaldılmasını təmin etməliyik. Bu yaxınlarda Braziliyada daşqınlar olub və bu, 5 milyard dollar itki ilə nəticələnib. Onun yalnız 6 faizi sığorta tərəfindən qarşılanıb. Həmçinin bu sahədə datalar da mövcud deyil. Bu isə maliyyə risklərini hesablamağa imkan vermir. Həmçinin yeni layihələr müəyyənləşdirməkdə çətinliklər yaradır”.

Avropa Yenidənqurma və İnkişaf Bankının baş bankiri Real Hacıyev qeyd edib ki, Bakıda seçilən 1,3 trilyon dollar həcmində yeni iqlim maliyyəsi yalnız rəqəmlərlə ifadə olunan maliyyə göstəricisi deyil, həm də ciddi idarəetmə məsuliyyəti deməkdir. Çünki burada söhbət təkcə maliyyələşmənin həcmi və mənbələrindən yox, həm də bu vəsaitlərin necə yönləndirilməsi, necə idarə olunması və hansı real nəticələr doğurmasından gedir. Onun sözlərinə görə, əsas məsələ yalnız maliyyəni təmin etmək deyil, həm də iqlim siyasətlərinin hazırlanması ilə real layihələr arasında körpü rolunu oynamaqdır. “Avropa Yenidənqurma və İnkişaf Bankı olaraq biz çalışırıq ki, yalnız maliyyə dəstəyi göstərməyək, həm də inkişafı stimullaşdıran yeni layihələr hazırlayaq. Əminəm ki, bu istiqamətdə birgə səylərimiz nəticəsində qarşımızda duran böyük rəqəmlər, sadəcə, statistik göstərici olmayacaq”, - deyə R.Hacıyev vurğulayıb.

“Oliver Wyman” şirkətinin Azərbaycan üzrə rəhbəri Camal İsmayılov isə Azərbaycanda maliyyə sahəsinin ilkin fazalarda olduğunu bildirib. O, bütün bazalarda boşluqlar barədə danışmağa açıq olduqlarını diqqətə çatdırıb. Yeddi il özəl investorlarla çalışdığını qeyd edən C.İsmayılov bir çoxlarının ümidi az olan sektorlara sərmayə qoymaq istəmədiklərini deyib. "Əlbəttə ki, biz bütün çağırışları başa düşməliyik. Burada böyük məsələlər var. Özəl səhmlərin bu istiqamətdə yönləndirilməsi üçün bu tədbir çox vacibdir", - deyə o əlavə edib.

Sessiya müzakirələrlə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri