Icma.az
close
up
RU
Yaşıl pasportun çarəsiz mövqeyi... Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik

Yaşıl pasportun çarəsiz mövqeyi... Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər dəfə “Henley & Partners” dünya ölkələrinin pasport indeksini paylaşanda daha bir istiqamətdə yaxşı mövqedə olmadığımızı xatırlayırıq. Azərbaycanın yaşıl pasportu heç cür güclənmir, əksinə, gerilədiyimizi görmək olur. Hər halda, Tanzaniya vətəndaşlarının daha çox imkan əldə etməsi xoş deyil. Lixtenşteynin və San Marinonin yerli sakinlərinə isə yalnız həsəd aparmaq olar.

Bizimyol.info xəbər verir ki, Azərbaycan pasportu reytinqinə görə 122-ci yerdədir. Xəbər saytlarının bizi 70-ci pillədə göstərməyinə fikir verməyin, yanlışlıq var. “Henley & Partners” cədvəli ənənəvi yolla tərtib etməyib. Məsələn, Avstriya, Danimarka, İrlandiya, Lüksemburq, Niderland, Norveç, İsveç vətəndaşları 191 ölkəyə vizasız gedə bilərlər. Bu 7 ölkənin hamısı dördüncü pillədə göstərilib. Yəni bu dövlətlər, əslində, 4-10-cu yerləri bölüşdürürlər. Amma “Henley & Partners” 190 ölkəyə vizasız getmək imkanı əldə edən ölkələri beşinci pillədə göstərib. Beləcə, Azərbaycan da 70-ci yerdə görünür. Halbuki bizdən irəlidə xeyli ölkə var. Hələ onu demirik ki, Afrikanın nə qədər dövlətindən geri qalmışıq.

Qonşu dövlətlər – Rusiya və Türkiyə eyni vəziyyətdədir. Hər iki ölkənin vətəndaşları vizasız 116 istiqamətə yol ala bilərlər.

Azərbaycan vətəndaşlarının cəmi 72 ölkəyə getmək üçün vizaya ehtiyacı yoxdur. Məsələn, Banqladeş, Antiqua və Barbuda, Burundi, Kamboca, Kabo-Verde, Cibuti, Qvineya-Bisau, Haiti, Keniya, Madaqaskar, Mavritaniya, Mozambik, Namibiya, Ruanda, Nikaraqua, Somali, Qambiya, Vanuatu, Tuvalu, Zimbabveyə səfər etmək istəsək, daha az əziyyət çəkəcəyik. Gördüyünüz kimi, Afrikanın xeyli ölkəsi gözə dəyir. Bu dövlətlər onsuz da əksəriyyət üçün qapılarını taybatay açır. Dünyada barmaqla sayılacaq dövlətin bizə xüsusi yanaşması var.

İllərdir beynəlxalq yarışlara, tədbirlərə ev sahibliyi edirik. Ölkəni bütün dünyada tanıtdığımızı düşünürük. Belə məsələlərdə görünür ki, Afrika dövlətlərinin əksərindən uzağa getməmişik.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Yanvar 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see237

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see234

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see226

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see146

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see145

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see145

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see126

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri