Icma.az
close
up
RU
Ulu öndər Heydər Əliyev dövlətçilik ideyasını strateji konsepsiyaya çevirən liderdir

Ulu öndər Heydər Əliyev dövlətçilik ideyasını strateji konsepsiyaya çevirən liderdir

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Akademik İbrahim Cəfərov,
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitunun direktoru

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin anım gününü dərin ehtiramla yad edir. Lakin bu xatırlama yalnız tarixə ehtiram deyil, Azərbaycanın müasir dövlətçilik fəlsəfəsinin mahiyyətinə, inkişaf yolumuza və milli kimliyimizin formalaşmasına yenidən nəzər salmaq deməkdir. Çünki Heydər Əliyev şəxsiyyəti təkcə siyasi lider kimi deyil, bütöv bir dövrün memarı, xalqın milli intibahını təmin edən elmi-siyasi düşüncə məktəbinin müəllifi kimi tarixə həkk olunub.
Heydər Əliyev dövlətçilik ideyasını strateji konsepsiyaya çevirən lider idi.
Müstəqilliyin ilk illərində Azərbaycan yalnız siyasi deyil, intellektual təlatümlər dövründən keçirdi. Belə bir zamanda Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlət idarəçiliyinə sistemli yanaşmanı, elmi əsaslara söykənən inkişaf modelini, milli maraqları prioritetləşdirən strateji xətti formalaşdırdı. Onun dövlətçilik fəlsəfəsinin əsas məğzi milli maraqlara söykənən rasional düşüncə, idarəetmədə sabitlik və uzunmüddətli inkişaf konsepsiyası idi.
Bu gün Azərbaycan akademik dairələrində Heydər Əliyevin siyasi irsinə tədqiqat predmetindən daha çox, dövlətçilik modeli kimi yanaşılır.
Heydər Əliyevin fəaliyyətində mədəniyyət, tarix və təhsil sahələri xüsusi önəm daşıyırdı. O, milli yaddaşın gücləndirilməsini dövlət quruculuğunun ayrılmaz hissəsi kimi təqdim edir, xalqın öz kimliyinə sahib çıxmasını strateji məsələ hesab edirdi. Bu gün elm, təhsil və mədəniyyət sahələrində görülən genişmiqyaslı işlər həmin düşüncənin davamıdır.
Akademik baxışdan yanaşdıqda, Heydər Əliyev modeli milli ideologiyanın yaradılması prosesini dövlətin intellektual potensialının inkişafı ilə uzlaşdıran nadir nümunədir.
Bu gün Azərbaycanın siyasi sabitliyi, güclü iqtisadiyyatı, regional liderliyi və qlobal miqyasda nüfuzunun artması Ulu Öndərin qoyduğu elmi əsaslandırılmış inkişaf xəttinin məntiqi davamıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət də məhz Heydər Əliyevin ideyalarına əsaslanaraq yeni mərhələyə yüksəlib.
Heydər Əliyevin xatirəsini anmaq, əslində, bir xalqın öz dövlətçilik yoluna, öz milli yaddaşına və öz strateji perspektivinə sədaqətini ifadə etməkdir. Akademik ictimaiyyət üçün bu gün, ilk növbədə, Ulu Öndərin ideyalarının elmi baxımdan təhlili və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu gün biz Ulu Öndəri yalnız böyük siyasi lider kimi deyil, milli inkişafın nəzəri əsaslarını yaradan, dövlətçilik məktəbini formalaşdıran tarixi şəxsiyyət kimi anırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Dekabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri