Icma.az
close
up
RU
Yaşıl iqtisadiyyata ədalətli keçid üzrə milli səviyyədə töhfələrin hazırlanması prosesinə dair seminar keçirilir

Yaşıl iqtisadiyyata ədalətli keçid üzrə milli səviyyədə töhfələrin hazırlanması prosesinə dair seminar keçirilir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 7 avqust, AZƏRTAC

Bakıda Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən “Milli səviyyədə müəyyən edilmiş töhfələrdə ədalətli keçidin həlli” mövzusunda texniki seminar keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, BƏT və aidiyyəti dövlət qurumlarının, sosial tərəfdaşların nümayəndələrinin iştirak etdiyi tədbir yaşıl iqtisadiyyata ədalətli keçid üzrə milli səviyyədə töhfələrin hazırlanma prosesi və ölkəmizdə ədalətli keçidə yönəlmiş əsas irəliləyişlərin müzakirəsi məqsədi daşıyıb.

ƏƏSMN-in Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri Fuad Ələkbərov seminarın açılışında çıxış ediblər.

Yaşıl iqtisadiyyata ədalətli keçid prosesində insan kapitalının, yaşıl iş yerləri və bacarıqların inkişafı, layiqli əməyin təminatı məsələlərinin əhəmiyyətindən bəhs olunub. Bu sahələrdə milli səviyyədə töhfələr olaraq aparılan işlər və əldə edilən uğurlar qeyd olunub.

BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru Mixail Puşkin videoformatda çıxışında ədalətli keçidin əmək və məşğulluq sahələri üzrə vacib prinsiplərini diqqətə çatdırıb. BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyevin moderatorluq etdiyi seminarda Azərbaycanda yaşıl iqtisadiyyata ədalətli keçid üzrə əsas irəliləyişlər, milli səviyyədə müəyyən olunmuş töhfələrin hazırlanma prosesi və digər mövzularda çıxışlar edilib.

Ölkəmizdə “yaşıl iqtisadiyyat”a keçid dövrünə xas olan işçi qüvvəsinin formalaşdırılması üçün aparılan işlər diqqətə çatdırılıb. Sosial müdafiə sisteminin gücləndirilməsi, əmək, məşğulluq və sosial müdafiə sahələrində xidmətlərin rəqəmsallaşdırılması sahəsində son illər əldə olunan mühüm uğurlar qeyd edilib.

Seminarda habelə “Hər kəs üçün ədalətli keçid” anlayışı, milli səviyyədə müəyyən olunmuş töhfələrin hazırlanması və həyata keçirilməsində onun əhəmiyyəti, BƏT tərəfindən Azərbaycanda həyata keçirilən tədbirlər barədə təqdimatlar edilməsi və mövzuya dair müzakirələr aparılması nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri