Yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb 381 min manat ziyan dəydiyi müəyyən edilib
Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son 10 gün ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərləri, Abşeron, Salyan və Göyçay rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən AMEA Genetik Ehtiyatları İnstitutunun həyətyanı ərazisində, Yasamal rayonu İbrahim Əbilov küçəsində yerləşən “City Life” MMC-yə məxsus ərazidə, Nərimanov rayonu F.X.Xoyski və Ə.Rəcəbli küçələrində, Nəsimi rayonu Novruzov Qardaşları küçəsində yerləşən “Pilot-16” MMC-yə məxsus ərazidə, Binəqədi rayonu A.Kunanbayev küçəsi 1B ünvanında, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən köhnə “Mədəniyyət Evi”nin qarşısında, Sumqayıt şəhəri Bakı küçəsi 37 ünvanında yerləşən “Term” kompaniyasına məxsus ərazidə, Abşeron rayonu Mehdiabad qəsəbəsi, 28 May küçəsində, Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində, Salyan rayonu Qaraçala bələdiyyəsinin və Göyçay rayonu Qarayazı kəndinin inzibati ərazisində yaşıllıqların kəsilməsi faktları ilə bağlı təbiətə 381 000 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 12 Mart 2025 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















