Icma.az
close
up
RU
Yaslarda ehsan ləğv edilir İllərin ənənəsinə hörmətsizlik, yoxsa dini qayda?

Yaslarda ehsan ləğv edilir İllərin ənənəsinə hörmətsizlik, yoxsa dini qayda?

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Son vaxtlar kəndlər və rayonlarda yas yerlərində çay və halva istisna olmaqla, ehsan verilməsi kütləvi şəkildə ləğv olunur. Bu qaydadan sonra isə həmin ərazidə dünyasını dəyişən heç kimə ehsan verilmir. Lakin sözügedən addım çoxları tərəfindən müsbət qarşılanmır. İnsanlar bildirirlər ki, hüzür yerlərinə yemək üçün getməsələr belə, uzaq yoldan gələndə acırlar,  yaxud bu səbəbdən iştirak etmirlər.

Hətta bəziləri deyir ki, yasa gedən şəxsləri nəzərə alaraq, ehsan verilib-verilməməsi ailənin şəxsi seçiminə buraxılmalıdır. Bölgədə ləğv olunub deyə, hər kəs bu qayda ilə getməməlidir. Bir tərəfdən israfçılığın qarşısı alınır, digər tərəfdən isə illərlə formalaşmış ənənələrin birdən-birə qadağan olunması suallar doğurur. İnsanlar indi həm də mənəvi tərəddüd yaşayır: “Əzizimə son vəfa borcumu necə ödəyim? Ənənəyə sadiq qalaraq ehsan verimmi, yoxsa yeni qaydaya boyun əyimmi?”

Bu barədə ehtimallar çoxdur, kimlər razı, kimlər narazıdır.

İlahiyyatçı Ağa Hacıbəyli məsələ ilə bağlı Lent.az-a açıqlamasında bildirib ki, İslam dinində yasda yemək verilməsi, ziyafət açılması ilə bağlı göstərişlər yoxdur:

“Son zamanlar ölkəmizdə aparılan təbliğatın nəticəsində bir çox bölgələrdə yas zamanı verilən ehsanlarda məhdudlaşmalar oldu. Hətta bəzi ərazilərdə ümumiyyətlə ehsan verilməsi tamamilə dayandırıldı. Bununla yanaşı ehsan verilən rayonlar, kəndlər, eləcə də şəhərlər az deyil.

Ehsanların sadəcə maddiyyatla əlaqələndirilməsi doğru yanaşma deyil. Peyğəmbərimizin bir hədisində vurğulanır ki, İslam dinində ehsan “Allaha elə ibadət etməkdir ki, sanki onu görürsən: əgər sən onu görməsən də, O səni görür”, mənasını daşıyır. Lakin burada önəmli olan yasa Allah rızasını qazanmaq üçün getməkdir. Oraya yemək üçün gəlməyin vəfat edən şəxsin ruhuna zərrə qədər köməyi yoxdur. Ehsan əsasən fəqirə, yoxsula, ehtiyacı olan insanlara verilir. Yas düşən evdəki sakinlər yemək adında ehsan vermək istəyirsə, bu, onun şəxsi işidir. Onu imkasız insanlara, kimsəsizlərə, fəqirlərə aparıb, verə bilər.

Hüzünü, dərdi olan insana başsağlığı vermək üçün gedib, oturanda 1 stəkan çay içmək, halva yemək normal haldır, amma yeməklərin verilməsi, ziyafətlərin açılması İslam dinində yoxdur. Məhəmməd peyğəmbər hələ əsrlər əvvəl əshabına deyirmiş ki, kiminsə evində yas düşübsə, evinizdən onlara yemək aparın.

Yas yerlərinə uzaq məsafədən qonaqlar, yaxud imkanlı şəxslər gəlib, iştirak edə bilərlər, amma əsas məsələ onlara yemək vermək deyil. Bu cür məclislərdə daha çox quran oxunmalı, insanlar maariflənməlidir. Yaslarda qarın doyurmaq yox, qəlblərin, ruhların doymasına ehtiyac var”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri