Yaşlı təlimçilər erkən nikahlara qarşı müzakirə keçirilib
Icma.az, Azpost portalına istinadən məlumat verir.
“Mənə işıq göstər” layihəsi çərçivəsində yaşlı təlimçilər Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Yaşa” mərkəzində görüş keçirdilər.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Mənə İşıq Göstər” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “YAŞA” Mərkəzində baş tutub.
Tədbirdə layihə çərçivəsində təlim almış yaşlı təlimçilər çıxış edərək, erkən nikahların tibbi, psixoloji və sosial fəsadları barədə iştirakçılarla interaktiv müzakirələr aparıb. Görüş zamanı ailədaxili qərarların verilməsində yaşlı nəslin təsiri, formalaşmış stereotiplərin rolu və gənc nəslə yol göstərmək bacarığı birgə müzakirə edilib. Yaşlı nəslin həyat təcrübəsi və ictimai nüfuzu əsasında qurulan bu model, layihənin əsas dayaqlarından biridir. “YAŞA” Mərkəzində keçirilən tədbir də bu yanaşmanın uğurlu nümunəsi olaraq, iştirakçıların fəal iştirakı və açıq dialoqu ilə müşayiət olunub.
Layihə çərçivəsində həyata keçirilən bu cür görüşlər yaşlı təlimçilərin gənc nəslə işıq tutan səsə çevrilməsinə və cəmiyyət daxilində müsbət dəyişikliklərə töhfə verməsinə xidmət edir.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 14 İyul 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















